Qadin.NET / Bananın sağlamlığa xeyiri

Bananın sağlamlığa xeyiri

Bananın sağlamlığa xeyiri

Bananın hər 100 qramında 90kkal enerji var.
Banan dəmirlə zəngin olduğu üçün qanda hemoqlobini artırır və anemiyanın müalicəsində böyük rol oynayır. Kaliumla zəngin olduğu üçün qan təzyiqinin aşağı salınmasında böyük rol oynayır. Banan B vitamini ilə zəngin olduğu üçün əsəb sistemini sakitləşdirir.
Bananın tərkibində A1, C, B6, B12, maqnezium, kalium, kalsium, dəmir və fosfor var.


Aclığı yatızdırmaq üçün banan yeyə bilərsiniz. Bu zaman orqanizminiz enerji və faydalı elementlərlə təmin olunacaq.

Bananın diqqətin artırılmasında və əqli keyfiyyətlərin yaxşılaşdırılmasında böyük rolu var.
Banan bağırsaqların fəaliyyətini yaxşılaşdırır.
Depressiyadan əziyyət çəkənlər: bu sizin malınızdır.
Mədəniz qıcqqırarsa banan köməyinizə gələcək.
Yemək arası banan yeməklə gümrahlığı bərpa etmək olar.
Ağcaqanadlar əleyhinə dərmanlardan istifadə etməzdən əvvəl həmin yerə banan qabığı sürtün. Bu qıcıqlanmanın qarşısını alacaq.
Banan həm də bədən tempraturunu tənzimləyir.
Ürək döyüntülərini normallaşdırmaq üçün bananı gündəlik yeyəcəklərin sırasına daxil edin.
Ziyilləri məhv etmək üçün bananın qabığından istifadə etməyiniz məsləhətdir.
Banan yeməklə iştahanı bərpa etmək, göz altındakı torbaları aradan qaldırmaq olar.
Banandan hazırlanmış maskalar hər cür dəriyə faydalıdır.
Yetişmiş banan cinsi həvəsi artırır. Süd verən qadınlarda laktasiyanı normallaşdırır.
Kal bananlar bağırsaq şişlərinin yaranmasının qarşısını alır.
Bananın kökü qan xəstəliklərinin müalicəsi üçün faydalıdır.
Banandan qaraciyər xəstəliklərinin qarşısı almaq üçün də istifadə olunur.
Yaşıl banan dadlı olmasa da tərkibində çox nişasta olur.

Bananın sağlamlığa xeyiri


Eləcə də baxa bilərsiniz:


Təhlükəli ərzaqların siyahısı


Ömrü uzadan 7 Qida
17 mart 2010
GO BACK