Onu sevirsiniz. Amma unutmayın ki, ortağınız olacaq - qaynananız. Həyat yoldaşınızın həyatındakı ən önəmli qadın bəlkə də sizsiniz, amma sizin qədər dəyər verdiyi başqa bir qadın da var - anası. Əgər evliliyin ilk günlərindən diqqətli olsanız və qaynananızla yaxşı münasibət qura bilsəniz, ailə həyatınız problemsiz keçəcək. Bu xəbərdə sizlərə geniş yayılmış qaynana tiplərini təqdim edirəm. Tipini öyrənmək onunla nə cür davranmaq lazım gəlidiyini müəyyən etməyinizə yardımçı olacaq.
Oğlunu həddən çox sevən qaynana: Gəlini ilə oğlunun xoşbəxt olmasını istəyər, ancaq oğlundan ayrı qala bilməz. Əgər oğlu ayrı yaşayırsa, tez-tez qonaq gələr, gecə qonaq qalar, zamanının çoxunu oğlugildə keçirər. Özü onları tez-tez qonaq çağırar, bir sözlə, tez-tez görüşmək istəyər. Oğlunu az-az görməyi onu itirmək kimi qəbul edər, bişirdiyi yemək boğazından keçməz.
Belə qaynanalar gəlinləri qıcıqlandırır, gedib-gəlmək məsələsində həyat yoldaşları ilə mübahisə edirlər. Çox zaman nə özləri gedər, nə də onun getməsini istəyərlər. Uzaq olmağa, az görüşməyə çalışırlar. Bu zaman ana “Oğlum əlimdən gedir” qorxusu ilə oğlunun üzərinə daha çox düşür, bu da münasibətləri daha da kəskinləşdirir. Vaxt ötdükcə analar oğullarının ayrı bir evi olduğuna alışır. Buna görə də gəlinlər ağıllı davranmalı, inad etməməlidirlər.
Bir yerdə yaşayanlar üçün isə bu tip qaynanalar daha çox problem yaradır. Hətta gəlininin yataq otağlna girib oğlunun üstünü örtən qaynanalar da vardır. Gəlinin gecə çimib-çimmədiyinə də fikir verənlər mövcuddur. Belə vəziyyətlərə əsəbləşib özünə və yoldaşına zərər verməkdənsə, gülərək fikir verməmək lazımdır.
Qısqanc qaynana: “Oğlumu itirirəm” qorxusu ilə yaşayır. Oğlunun ondan başqa bir qadını sevməsinə dözə bilməz. Oğlunun gəlinə yaxşı baxıb anasını sevməkdən vaz keçəcəyindən qorxar. Buna görə də oğlunun gəlini ilə yaxşı davranmasından, söhbət etməsindən narahat olur. Amma onların ayrılmasını da istəmir.
Qaynanasının onu qısqandığını hiss edən gəlinlərin çoxu ona inad olsun deyə daha çox xoşbəxtlik havasına girir. Yoldaşının aldığı hər şeyi qaynanasının “gözünə soxar”. Belə davranış sizə zərərdən başqa bir şey verməz. İnsanların həsəd və qısqanclıq duyğularını körükləmək sizə ancaq ziyan vura bilər. Qısqanc qaynana çox təhlükəlidir, yoldaşınızla aranızı vurmaq üçün arxanızca danışa, ona təsir edə bilər. Buna görə də ağılla davranmalı, onu qısqandırmamalısınız.
Gəlinini qəbul etməyən qaynana: Oğlu onun seçdiyi qızla evlənməyən qaynanalardır. Oğlu onun bəyənib-seçdiyi qızla deyil, başqa bir qızla evlənər. Qaynana yeni gəlini heç vəchlə bəyənməz, qızda, ailəsində qüsurlar tapar. Nişan-toy zamanı problem yaradar, davamlı deyinər, gəlinin etdiklərini bəyənməz.
Belə qaynana ilə inadlaşmaq, ona zidd çıxmaq sizə heç bir şey qazandırmaz. Əksinə, siz inad etdikcə oğluna” Gördünmü, mənim dediyim qızı almadın, arvadın bizi sevmir” deyə arxanızca danışar. Qaynananızın zəif nöqtəsini tapın, ona yaxınlaşmağa cəhd edin. Ona hədiyyə almaqla könlünü fəth etməyə çalışın. Qonaq gəldikdə onun üçün dadlı yeməklər bişirin, evni təmizləmkdə kömək edin. Bu, sizi qəbul etməsini asanlaşdıracaq.
Gəlinindən diqqət gözləyən qaynana: Belə qaynana oğlu ilə gəlinin işlərinə müdaxilə etməz, onları evləndirməklə öz işlərini bitmiş hesab edər. “Mən gəlinin işinə qarışmıram, ağıllı qaynanayam” desələr də, bu, yalandır. Gəlini ilə oğlunun gəlib-getməsinə can atar, gəlməsələr “Niyə gəlmirsiniz” deməyi özünə sığışdırmaz. Yaxşı qaynana olacam deyə özünü həddən çox qısar. “Siz evinizdə xoşbəxt olun, mənə yetər” deməyinə baxmayın, həmişə sizin yolunuzu gözləyər. Onunla əlaqəni kəsməyin.
El-oba üçün yaşayan qaynana: Onun üçün ən əsas şey “El-oba nə deyər” deyə ətrafa yaxşı görünməkdir. Gəzməyi sevər, çox gəzdiyi üçün qonaqları da çox olar. Hər yerə gəlini ilə getmək istəyər. Qonaq gəldikdə “Gəlin qulluq etsin, el-oba söz etməsin” qayğısı çəkər. Gəlinlər qaynana ilə çox gəzməyi sevməzlər. Könlünü qırmamaq üçün fürsət tapdıqca onunla gəzməyə gedin, gedə bilmədiyiniz vaxt səbəblərini şirin dillə anladın. Üzünü sallasa, fikir verməyin, əsəbi tezliklə keçib gedər.
Küsəyən qaynana: Küsəyəndir, hər söz xətrinə dəyər. Özünə qarşı diqqət tələb edər. Adi xəstəliyi şişirdər, diqqət görmək üçün yataqlara düşər. Uşaq kimidir. Diqqət görəndə xoşbəxt olur.
Tərif gözləyən qaynana: Onun ən çox istədiyi “Nə qədər yaxşı qaynana” olduğunu gəlindən eşitməkdir. Beləsi adətən öz ailəsindən tərif eşitmədiyi üçün bunu gəlinindən gözləyir. Yaxşı qaynanadır, amma təbii ki, səhvsiz deyil. Əgər kiçik səhvlərinə göz yumsanız, yaxşı cəhətlərini təqdir etsəniz, sizdən yaxşı gəlin olmaz.
Feminist qaynana: Ona görə kişilərin hamısı eynidir, hətta oğlu olsa belə. Buna görə də həmişə gəlinin haqlı bilir, gəlinə tərəf olur. Onun sözünə uyub yoldaşınıza qarşı çıxmayın. “Anan belə məni haqlı bilir” deyərək səhvlərinizə haqq qazandırmayın. Qaynananızın sözlərini ciddi qəbul etmək yoldaşınızla aranızı poza bilər.
Qorxaq qaynana: Bəzi qaynanalar gəlinlərdən qorxurlar. “Oğlan onsuz da bizimdir, amma gəlinlə aramızı pozmayaq” deyə gəlini ilə yaxşı dolanmağa çalışır. Gəlinin hörmətsizliyini görməməzliyə vurur, onu haqlı çıxarmağa çalışır. Oğlu ilə gəlini arasında problem yaşandıqda feminist qaynanalar kimi gəlinə tərəf olur, oğluna acıqlanır. Qaynananız hər dəfə sizi haqlı çıxarmağa çalışırsa, bu, sizin haqlı olduğunuz anlamına gəlmir, qadın sizdən qorxur. Davranışlarınızı bir qədər yumşaldın.
Pis davranışlı qaynana: Pisliyi təkcə gəlininə qarşı deyil. Sevilməyən tipdir, onunla dolanmaq çox çətindir. Qohumlarına, həyat yoldaşına, övladlarına da pis davranır. Yaxşı hərəkətlərə qulp qoyar. Problem yaratmaq üçün mütləq bir şey tapır. Heç bir yaxşılığınızın qiymətini bilməz, altında pislik belə axtarar. Sizin yaxşılıq etməyə məcbur olduğunuzu düşünər. Bu tiplərə əsəbləşmək, etdiklərində məntiq axtarmaq psixikanızı pozar. Buna görə də onun davranışlarına əsəbləşib həyatı özünüzə və yoldaşınıza zəhər etməyin. Allah rizası üçün yaxşılıq etmək istəyirsinizsə, bunun üçün qaynananızı seçin.
XƏBƏR LENTİ
Sıla məşhur aşpazdan ayrıldı
Adını dəyişmək istəyən şəxs nə etməlidir?
Quru meyvəli maffinlər (foto resept)
Aclıq bədənə necə təsir edir? - ARAŞDIRMA
Mariya Zaxarova: “Rusiya Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək niyyətində deyil”
Real hekayə əsasında çəkilmiş seriallar
BÜRCLƏR bizə nə vəd edir?-8 Noyabr
Maraqlı təsadüf: ABŞ-da Kovid adlı dizayner pandemiyadan bir il əvvəl maskalı geyim təqdim edib
Virusun sürətlə yayıldığını sübut edən eksperiment keçirildi – VİDEO
Google yeni şirkət aldı
Kartof dolması (foto resept)
Keçmişin gözəl aktrisaları
Cəfərinin faydaları
Həm ziyarət, həm ticarət
HAVA necə olacaq?- 14 APREL
Murat Boz Aslı Enverdən ayrılmasının SƏBƏBİNİ AÇIQLADI
"Qaz ayağı" peçenyesi (foto-resept)
Möhtəşəm ziyafət donları
McDonald's-ı belə "yıxdılar"
Malıbəyli və Quşçuların işğalından 24 il ötür
Acun "Survivor"və "Exathlon" yarışlarının gələcəyindən danışdı-FOTO
Hamiləlikdə ürək döyüntüsü
Plastik pəncərənin bu boltunu çevirin - Sən demə, YAY və QIŞ rejimləri var imiş - VİDEO
Metyu Brayza: “Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə tam haqqı çatır”
Mehriban xanımdan vacib paylaşım
Azərbaycanda son 2 əsrdə 405 vulkan püskürməsi olub
Portağalın faydalarını bilirsinizmi?
"Azərbaycana kiberhücumların 90 faizi xaricdən həyata keçirilir"
Palantinlər
Davranış qaydalarına riayət edirsinizmi?
Günün ulduz falı
Tanış olun: yeni Jaguar
İlham Əliyev G20-yə bu təyyarə ilə gedəcək
Qış vannası qəbul etməyin faydaları
Qara kişmişli kurabiyə (foto-resept)
3 il sonra...
"Facebook"da Dövlət İmtahan Mərkəzi adı altında SAXTAKARLIQ
Moruq mürəbbəsi (foto resept)
Quru saçlar üçün 3 maska
İllərə görə ən çox qazanan filmlər (2001-2019)
Bu körpə anasından 1 yaş kiçikdir
Azərbaycana "donuz qripi" gələrsə...
Azərbaycanda hava şəraiti dəyişəcək
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Muzey işçiləri evdə
Məşhurların illərə görə dəyişən saçları
Facebook-da "təmizlik" başlanır
Ən təhlükəli smartfonlar
DiKaprio partidə - FOTO
Şahzadə Harri və Meqanın körpəsinin adı açıqlandı-FOTO
- ŞƏRHLƏR