Əgər 16 yaşınızda siz özünüzə məktub yazası olsaydınız, ora nələr yazardınız? Bu sual 75 məşhur insana verilmişdi: yazıçılara, aktyorlara, musiqiçilərə və idmançılara. Onların yazdığı cavablardan kitab doğuldu "Əziz mən: 16 yaşlının özünə məktubu "(Dear me: A letter to My Sixteen-Year-Old Self) keçmişə məktublar toplusudur bu kitab. Onun hər səhifəsində məşhurlar tez-tez komplekslər yaşayan, özünə güvənməyən 16 yaşlı bir qız və ya oğlan üçün normal olan halları yazıblar. Böyüklərin "mən" "Sənin gələcəyin gözəl olsun deyə çalışıram, ağıllı ol, nəyin pis, nəyin yaxşı olduğunu "mən" səndən yaxşı bilirəm" deməsi bəzən onları usandırır. Beləcə, bu kitab artıq məşhurlardan yox, gənclikdən tez yaşlanmağa tələsənlərlə bu möcüzəni səbirsizliklə gözləyənlərə aid oldu.
Bu ideya o qədər tutarlı oldu ki, hətta bütün dünyada artıq insanlar özlərinə məktublar yazmağa başladı. Kitabın rəsmi saytında onların sayı artıq minlərlə ölçülür. Yəqin bizim də aramızda elələri var ki, özünün 16 yaşındakı vaxtına nəsə demək istəyir.
Stiven Kingin məktubu
"Əziz mən. Mən sənə 2010-cu ildən yazıram, düzdür, artıq 62 yaşımda sənə yazmaq lazım gəldi mənə, amma mənə bir məsləhət vermək istəyirəm: "Narkotiklərdən uzaq dur".
Sən çox istedadlısan və çox insanı öz tarixinlə təmizləyə, xoşbəxt edə bilərsən, amma çox təəssüf ki, bu belədir - sən həmçinin bir narkomansan... Əgər sən bu məktuba diqqət yetirməyəcək və öz gələcəyini dəyişməyəcəksənsə, azı 10il sənin həyatında 30-dan 40-a qədər narotik üzündən tutulmalar yaşayacaqsa, çox insanları məyus edəcəksən və ən əsası öz uğurlarından, müvəffəqiyyətlərindən həzz ala bilməyəcəksən. Sən həmçinin bir neçə dəfə ölümdən qıl payı qaçacaqsan. Özünə qayğı göstər və daha da işıqlı dünyada yaşamağa çalış. Hər zaman düşün ki, müqavimət sevgi kimidir, ürəyi həmişə daha güclü edir. Təmiz qal."
Hyu Djekmanın məktubu
"Əziz Hyu.
Mən sadəcə sənə bu məktubu yazmaq, necə olduğunu bilmək (hərçənd ki, bilirəm artıq) və "bəli!" demək istədim. Zaman keçəcək və sən zamanla Penninin səni avtobus dayanacağında necə tərk etdiyini unudacaqsan. Əslində iki il sonra sən onunla qarşılaşacaqsan və çox təəccüblənəcəksən ki, "Necə olub hər dəfə Layonela Rici "Penny Lover" mahnısına qulaq asaraq ağlamışam?"
Sənin üzündəki bu sızanaqlar tezliklə yox olacaq, amma sənin fikirləşdiyin qədər tez olmayacaq. Və böyük qardaşın Ralf evdən gedəndən sonra sən böyük otağa köçəcəksən. İndi isə sənə gələcəkdə nələr kömək olacaq, onlar barədə demək istəyirəm. Verəcəyim məsləhətlər sənə bir az dumanlı görünəcək.
Hər şey sənin təsəvvür etdiyin kimi olmayacaq. Bilirəm, indi sənə gələcəyini görmək bir az çətin gələcək və sən hətta ağlını itirmək dərəcəsinə gələcəksən. Amma inan reallıq sənin hətta ən cəsur gözləmlərini belə üstələyəcək. Səni silkələyəcək qadınla tanış olacaqsan və sənin həyatında ən yüngül addım o təklifi edəcək. Sadəcə, özünə qulaq as. İndi bir kağız vərəqi götür və siyahını yazmağa başla: etməyi sevdiyin 5 şeyi və səndə yaxşı alınan 5 şeyi yaz. Onlar dəyişəcəklər, amma bir çox gözəl günlərdə onlar üst-üstə düşəcəklər. Bunlar sənin yolun olacaq. Amma hətta onda belə öz siyahını yazmağı dayandırma, arxayın olmaq üçün ki, sən yolundan çaşmadın. Sənə çox vaxt özünə ciddi olmaq, özünü itələmək lazım gələcək. Bununla ehtiyatlı ol.
Səni sevirəm.
Sən həyatda çox xoşbəxt olacaqsan, amma zəhmət olmasa heç vaxt bu xoşbəxtliyin hardan gəldiyini unutma".
Emma Tompsonun məktubu
"Eziz Emma.
Mən anlayıram ki, sən gəncsən, sevirsən və çox düşünürsən ki, böyüklər heç də məntiqli danışmır, amma bir halda ki mən sənəm, səndəki "məni" düşünürəm - məni dinləməyə dəyər.
2 əsas amil 50 və 16 yaş arasında:
1. Heç vaxt, heç vaxt və heç vaxt pəhriz saxlama. Mən bilirəm bu nə qədər dəhşətli bir şeydir, kafedə oturarkən yoqurt sifariş vermək (əslində isə ürəyin çipsi və pendir salatı istəyir). Buna görə narahat olma, daim ye, artıq həyəcanlardan çəkin və pəhriz saxlama. Sən nə qədər yesən də daim eyni ölçüdə qalacaqsan, buna görə pəhrizi at, qız, elə bu dəqiqə at. İnan bunların hamısına son qoymaq lazımdır. Sadəcə özün ol və bununla yaşa, bununla sən çoxlu enerji yığacaqsan və daha çox xoşbəxt olacaqsan.
2. Nə zaman ki o, danışanda səni sevmirəm deyir, inan ona. O sevmir. Bu da son... Qalan sənin tərəfindən edilmiş səhvləri mən qızıl qiymətində dəyərləndirirəm.
Emmanı sevirəm!"
Djillian Andersonun məktubu
"Əziz Djilli.
Sən tamamiilə və tamamilə özündən asılısan. Əgər sən öz vaxtının dördə birini başqaları haqqında düşünürsənsə, bu səni daha çox məmnun edəcək. Bir şeyi mən çox gec dərk etdim: sən yalnız ləyaqətli şeylər edərək özün öz qiymətini yüksəldə bilərsən. Buna görə mən səni gələn il yay tətilində evsizlər üçün ev tikdirməyə yazdım. Miladı sən zorakılığa məruz qalmış qadınlarla keçirəcəksən, pasxada isə sən xəstəxananın pediatriya şöbəsində xəstə uşaqlara kitab oxuyacaqsan. Belə, əzizim, sənin dünyan balıqqulağının qabığından belə genişdir, üfüqlərin genişdir. Özünü sev, başqaları haqqında düşün və hər zaman həyata minnətdar ol. Səni sevirəm, sənə inanıram, sənə hörmət edirəm.
Mən. Sən. Biz!
P.S. Öz xəyallarının arxasınca get, oğlanların deyil."
Elisa Kuperin məktubu
"Yararsız qızlar yalnız beş dəqiqə içində valehedicidir... Diqqətini kilsədəki qızlara yönəlt və bax gör onlar necə gözəl görsənirlər. Onda sən hər iki dünyadan ən yaxşısını alacaqsan!"
P.S. "The Yardbirds" sükanı belə saxla.
P.S. Mən düşünürəm ki, qəhvəylə iş düzəlsə də onu Star adlandır.
Bəs siz 16 yaşlı özünüzə nə yazardınız? Çox maraqlıdır...
XƏBƏR LENTİ
WhatsApp-dan istifadəçilərinə yeniliik
Alla Puqaçova və Maksim Qalkin boşanır?
Xankəndinin ermənilər tərəfindən işğalından 23 il ötür
Günün qoroskopu: Sağlamlığınız təhlükədədir!
Tarix yazan idmançımız karyerasına son qoydu
Məşhur aktyor "Kadın"da
Hava haqqında
Rus Dili dərs-8
2019-un ən zərif gəlinlik modelləri
Kokteyl və gecə geyimləri
2100-cü ildə Çin əhalisi azalacaq
Bülent Ersoy indi də üç milyon qazanacaq
Saç baxımı
Ronaldo İnstaqramdan 44 milyon qazandı
Özünü xəstəliyə vuran dilənçi kameraya düşdü - VİDEO
Dünyada ən böyük sualtı park inşa olunacaq
Alimlərdən qorxulu XƏBƏRDARLIQ: Yeni və ölümcül...
Sibel Can Beyons pəhrizinə başladı
Bu skamyalar Günəş enerjisi ilə işləyir - FOTO
Güləşçimiz 23 saniyəyə ermənini məğlub etdi
İdeal sevgili
Ayın ilk interaktiv geoloji xəritəsini hazırladılar - FOTO
Mehmet Ali Erbilin gənc sevgilisi danışdı-FOTO
Texnologiyasız uşaqlıq
Rusiya planşet bazarında üçüncü oldu
İdmanın uşaqlar üçün bu faydası heç ağıla gəlməzdi
Yüzlərlə tələbə köpükləndi
Bir ayda İSN-nə 450 müraciət edilib
Bu oğlanın müqaviləsi ürəkləri partladacaq
Kökəlib arıqlamaqdan yaranan çatlardan xilas olmaq üçün...
Yağlı dərinin parıldamasını necə aradan qaldıraq?
Afinada ilk məscid tikildi
Azərbaycanda münaqişəli ailələrin sayı artıb
Bekhem ailəsi müflis oldu-SƏBƏB
Viktoriya Bekhem xəstəxanalıq oldu
Cəbhədə erməni əsgər öldürülüb
Lavaş içi salat (foto resept)
Bakı metrosundan istifadə edənlərə müjdə
20 Yanvar faciəsini dünyaya tanıda bildikmi?
Sabahın HAVAsı
Apple Yaponiyada hökmranlıq edir
Məşhur xəbər aparıcısı ana oldu-FOTO
Leonardo Di Kaprio Oskar aldı
Türkiyəli millət vəkili əsgərlərimizə baş çəkdi
İzləyiciləri Fahriye Evceni lağa qoydular-FOTO
Azərbaycanda işləyənlərin sayı açıqlandı
İyun ayında qeyri-iş günlərinin sayı açıqlandı
Mehriban Əliyeva Münhen Təhlükəsizlik Konfransından yazdı - FOTO
Pensiyaların artırılması ilə bağlı işlər yekunlaşdı - Nazir
Ev üsulu şaftalı şirəsi (foto-resept)
- ŞƏRHLƏR