Qadin.NET / Daha yaxşı hiss etmək üçün 3 bitki çayı

Daha yaxşı hiss etmək üçün 3 bitki çayı

 

1. Çobanyastığı çayı

Yuxu problemləri üçün istifadə edilsə də, gün boyu daha sakit hiss etməyinizə kömək edir. Hər səhər içdiyiniz bir stəkan çobanyastığı çayı stressinizi azaldacaq, zehninizi boşaldacaq. Qurudulmuş çobanyastığı çayı alın. 1 stəkan çay üçün 250 ml qaynanmış suyun içinə 2-3 çay qaşığı çobanyastığı əlavə edin və dəmlənməsi üçün 3-4 dəqiqə gzləyin. Bal və limon da əlavə edə bilərsiniz.

 

Daha yaxşı hiss etmək üçün 3 bitki çayı

 

 

2. Nanə çayı

Nanənin tərkibindəki mentol zehni boşaldır, stressi azaldır, daha yaxşı hiss etməyə kömək edir. Yarım litr suyu qaynadın. Qaynayan suyu içinə 2 yemək qaşığı nanə atın. Çayı hazırlayarkən quru və təzə nanə də istifadə edə bilərsiniz. Nanələri suya əlavə etdikdən sonra 5 dəqiqə dəmlənməsini gözləyin, 1 dilim limon əlavə edərək çayınızı dadlandırın. 

 

Daha yaxşı hiss etmək üçün 3 bitki çayı

 

 

3. Yaşıl çay

Yaşıl çayın faydalarını saymaqla bitmir. Yaşıl çay bədənin istirahət etməsinə kömək edir. Hər səhər içdiyiniz 1 stəkan yaşıl çay gün boyu rahat olmağınıza kömək edəcək. Təbii yaşıl çay istifadə edin. 250 ml suyu qaynadın və 1 neçə dəqiqə soyumasını gözləyin. Sonra içinə 2-3 yarpaq yaşıl çay əlavə edin və 3 dəqiqə dəmlənməsini gözləyin. Sonra yarpaqları sudan çıxarın. 

 

Daha yaxşı hiss etmək üçün 3 bitki çayı

 

 

6 noyabr 2019
GO BACK