Əzələ ağrıları üçün təbii həll yolları:
- Əzələ ağrılarının səbəbi şişlikdirsə, buz bu ağrılar üçün təbii üsuldur. Ağrının olduğu bölgəyə 1 saat aralıqlarla 15 dəqiqə ərzində buz qoyun.
- Zeytun yağı və nanə yağı qarışımıdır. Yarım çay stəkanı zeytun yağına iki çay qaşığı nanə yağı əlavə edin, qarışdırın. Masajla ağrının olduğu bölgəyə bu qarışımı çəkin. Əgər ağrının olduğu yerə əliniz çatmırsa, başqasından kömək istəyin. Yarım saat gözlədikdən sonra ilıq duş alın.
- Əzələ ağrıları ağır yük daşımaqdan ortaya çıxıbsa, ilıq suda isladılmış dəsmalla ağrıları azalda bilərsiniz.
- Aloe vera tərkibində antioksidant sayəsində bədən ağrılarını sakitləşdirir. Aleo vera yarpağındakı geli çıxardıb içinə lavanda yağı əlavə edin. Ağrının olduğu bölgəyə masaj edərək qarışımı çəkin. Əzələlər rahatlamağa başlayacaq.