Qadin.NET / Sarıkökün faydaları

Sarıkökün faydaları

Sarıkökün faydaları


Sarıkök  zəncəfil fəsiləsinə aid sarı çiçəkli, böyük yarpaqlı çoxillik bitki cinsidir. Hündürlüyü 0.5-3 metrdir. Vətəni Cənubi Asiyadır. Asiyada 40-dan çox, Afrika, Cənubi Amerika və Avstraliyada isə bir neçə növü məlumdur.

Sarıkök bitkisinin əsas istifadə olunan hissəsi kökləridir. Sarıkökü təşkil edən əsas maddə kurkumindir. 3 qram sarıkökdə təqribən 30-40 milliqram kurkumin var.

Ədviyyat kimi 2,5 min il bundan əvvəl məlumdur və yalnız Çində və Hindistanda  istifadə olunurdu. Sarıkök zəif yandırıcı və acı dada malikdir. İyi isə zərif və xoşagələndir. Kulinariyadan başqa tibbdə də geniş istifadə olunur. 

         Faydaları:

 

- Antioksidan təsirə malikdir.

- Qanaxmanın qarşısını alır.

- Maddələr mübadiləsini tənzimləyir.

- Ağrıkəsicidir.

- Öd kisəsi və öd yolu xəstəlikləri üçün faydalıdır.

- Yaraların sağalmasına kömək edir.

- Qaraciyəri möhkəmləndirir.Toksinlərin ifraz olunmasına kömək edir.

- İltihabın qarşısını alır.

- Tənəffüs yolu infeksiyalarının müalicəsində istifadə olunur.

- Həzmi asanlaşdırır.

- İştahaçıcıdır.

- Xolesterini aşağı salır.

- Ürək xəstəliklərinə faydalıdır.

- Dəri xəstəliklərinin müalicəsində istifadə olunur.

- Göbələk xəstəliklərinin müalicəsinə kömək edir.

- Sarılığa qarşı faydalıdır.

- Stresi aradan qaldırır.

- İflic xəstəliyinin müalicəsində müsbət təsir göstərir.

- Böyrək xəstəliklərinin müalicəsində istifadə olunur.

9 sentyabr 2011
GO BACK