1. Tuz, su və soda ilə qarqara edin
1 su stəkanı ilıq su içinə 1 çay qaşığı soda və 1 çay qaşığı duz əlavə edin və yaxşıca qarışdırın. Dişinizi fırçaladıqdan sonra hazırladığınız qarışımla qarğara edin. Həm ağız içindəki mikroblar öləcək, həm də boğaz ağrısı yumşalacaq. Fəqət qarğara edərkən qarşımı yalnız ağzınızda çalxalayın. Qarışımı udmayın.
2. Bal, limon və zəncəfil
Bal, limonun və zəncəfilin hər biri fərqli xüsusiyyətə malikdir. Bal boğazı yumşaldır, limon anti-bakterial xüsusiyyətə malikdir. Toz zəncəfil isə təbii bəlğəm gətiricidir. İmmunitet sistemini dəstəkləyir. 3 qaşıq bal, yarım limonun suyu və 1 çay qaşığı toz zəncəfili qarışdırın və içinə bir qədər ilıq su əlavə edərək için.
3. Bitki çayları hər dərdə dəva
Xüsusilə, adaçayı və ihlamur, boğaz ağrısını aradan qaldırmağa kömək edir. Kirpi otu və ya ekineza adı ilə tanınan çay immunitet sistemini gücləndirir və bədəni xəstəliklərə qarşı qoruyur.
4. Bol-bol ilıq su için
Bol su içmək bədəndəki məsamələri açır və nəmli qalmasına kömək edir. Beliklə, ağız quruluğu aradan qalxır, boğazdakı qıcıqlanma azalır. Fəqət suyun ilıq olmasına diqqət edin. Soyuq su qıcıqlanmanı artıra bilər.
5. Siqaret və tütün məhsullarından uzaq olun
Tənəffüs yollarını qıcıqlandıra siqaret eyni zamanda bədənin immunitet sistemini zəiflədir. Təkcə siqaret çəkmək belə boğazda ağrıya, qıcıqlanmaya, öskürəyə səbəb ola bilər.
6. Yeməklərinizi ilıq yeyin
Çox isti və ya soyuq yeməklər boğazdakı qıcıqlanmanı artıra bilir. Buna görə də, yemək və içkilərinizi otaq istiliyində yeyin.
7. Otağın nəm səviyyəsinə diqqət edin
Qış aylarında evlərdə istifadə edilən kondisenerlər havanı qurudur. Otağın nəm səviyyəsinə diqqət edin. Quru hava boğazı qıcıqlandırır.