Qadin.NET / Bəhməzin faydaları

Bəhməzin faydaları

Bəhməz, seçilmiş şirin meyvənin əzilərək suyunun çıxarılıb,  qaynadılmasından əldə edilən, bala bənzər, qatı məhluldur. Növləri müxtəlifdir. Buna misal olaraq tut, üzüm, əncir, qovun, qarpız və s. meyvələrdən hazırlanan bəhməzləri göstərmək olar.

 

Azərbaycanda isə ən çox tut və üzümdən hazırlanır. Bəzi xəstəliklərə faydalı olması ilə yanaşı,  milli mətbəğimizdə də istifadə ounur. Xəşil, quymaq, şirin kələm dolması, halva, piroq və s. yemək və şirniyatlarda işlədilir. 

 


Bəhməz təbii bir enerji mənbəyidir. Beləki , tərkibindəki qlükoza və fruktoza, həzm prosesində  sürətli şəkildə qana qarışma xüsusiyyətinə malik olduğu üçün, enerji ehtiyacı olanlara çox faydalıdır. Ağır işlərdə işləyən və idmançılarda lazım olan enerjini, təmin etmək üçün istifadə oluna bilər.

Enerji verici xüsusiyyətə malik olmaqla yanaşı həm də sümük sağlığı  üçün gərəkli olan kalsium və qan azlığına faydalı olan dəmir mineralları ilə zəngindir. 100 qr. bəhməzdə təxminən 400 mq kalsium, 10 mq dəmir vardır. Bəzi araşdırmaların nəticəsinə görə, dəmir baxımından baldan da zəngin olduğu söylənilir. 200 qr. bəhməz kalori baxımından 1150 qr südə, 300 qr çörəyə, 390 qr ətə bərabərdir.


Ümumiyyətlə faydalıdır :

Qan dövranının yaxşılaşmasına

Qan azlığı xəstəliyinə

İştahsızlığa

Mədə xəstəlikləri, əsasəndə xora xəstəliyinə

Asma və bronxit xəstəliklərinə

Hamiləlikdə 

Uşaqların böyüməsinə və zəka inkişafına

Mədə, bağırsaq və böyrəklərin qüvvətlənməsinə

Damar sərtləşməsinə

Dişlərin və sümüklərin sağlamlığına


Zərərlidir:

Şəkər xəstələrinə.

16 avqust 2011
GO BACK