Qadin.NET / Narşərabın faydaları

Narşərabın faydaları

Narşərabın faydaları

Nar turşusunun və ya narşərabıb faydaları

Nar meyvəsi faydalı və müalicəedici meyvələr arasında ön sıralarda yer alır. Yalnız meyvəsi deyil qabığı, dənəsi və suyu bir çox xəstəliyə şəfa olur. Eyni şəkildə nar turşusu də həm ləzzətiylə süfrələrimizdə yer almaqda həm də şəfa baxımından əhəmiyyətli bir yerə malikdir. Təbii ki, söhbət əslnar doşabından gedir. Bazarda çox çox nar turşusu deyə satılan lakin əksəriyyəti qlükoza və limon turşusundan ibarət olan məhsullar var. Bunlar ümumiyyətlə nar şərabı sos deyə satılır. Bu səbəblə narşərabda (turşusundan) faydalanmaq istəyirsinizsə, alarkən Kənd Təsərrüfatı Nazirliyi təsdiqi olub olmadığına diqqət yetirməniz və etibarlı yerlərdən, qatqısız həqiqi və təbii məhsulları almaq lazımdır. Ya da çöldən satın almaq yerinə evdə narşərabı (turşunu) özünüz tamamilə təbii üsullarla edə bilər, etibarla istehlak edə bilərsiniz.

Ev istehsalı nar turşuna dair əsas nöqtələr: Evdə əsl narşərab necə olur?

Təxmini olaraq 145 ml nar şirəsi əldə etmək üçün 2 kq nar lazımdır. Narşərabı əldə etmək üçün turş nar istifadə etməlisiniz. İlk olaraq narları üzərində qabığını ağ qisimləri qalmayacaq şəkildə çıxarın. Əgər ağ qisimlərini diqqətli bir şəkildə ayırmasanız turşu acı bir dadda olacaq. Ayrdıqdan sonra bir tənzif üzərinə az az qoyaraq suyunu çıxaraq. Bu əməliyyatı əlinizlə ya sərt bir cisim köməyiylə edə bilərsiniz. Istəsəniz portağal sıxandan da istifadə edə bilərsiniz. Sonrasında yenə tənzifdən keçirməlisiniz. Əldə edilən suyu qazanın içərisinə qoyun və asta odda ara ara qarışdıraraq bişirin. Nar suyunuz bəkməz formasına gəldikdən sonra ocaqdan ala bilərsiniz. Yalnız bu 4-5 saatı apara bilər. Qaynama zamanı üzərində ağ köpüklər meydana gəlsə bu köpükləri nizamlı bir şəkildə alın. Narşərabı (turşusu) halına gəlib gəlmədiyini anlamaq üçün bir qaşıq nar bir kasaya alın və soyudun. Əgər soyuduqdan sonra məhlulı tünd olursa narşərab (turşusu) hazır olmuşdur. Ocaqdan aldığınız nar turşusunu soyuduqdan sonra şüşə və ya qaba doldurmaq olar. Qoyduğunuz qabın ağzını möhkəmcə bağlayın. Bu şəkildə soyuducuda uzun bir müddət xarab olmadan mühafizə edə bilərsiniz. Narşərabını (turşusunu) evdə etmək zəhmətli görünsə də, əslində asandır. Üstəlik aldığınız hazır nar turşusuna görə çox daha ləzzətlidir.  

Narşərabın faydaları

Təbii narşərabın faydaları:

Şəkər xəstələri üçün şəfa verir.

Keçəllik probleminin müalicəsində istifadə olunur.

Ağız üçün yara və qanamalarda müalicə edicidir.

Qanamaları dərhal kəsər.

Diş və diş əti üçün faydalıdır.

Mədə yanmalarına qarşı şəfa verir.

Güclü bir sidik qovucudur.

İshal və qəbizliyə qarşı faydalıdır.

Ürək dostudur.

Ürək və damar xəstəliklərinə qarşı qoruma təmin edər.

Təbii nar turşusu bədənə enerji verir.

 


8 avqust 2016
GO BACK