Qadin.NET / Arı südü nədir? Arı südünün faydaları nələr?

Arı südü nədir? Arı südünün faydaları nələr?

Dünyada artırılması ən zəhmətli, ən bahalı süd arı südüdür! Təbiətin möcüzəsi olan arı südünün faydaları saymaqla bitməz.

Arı südü tərkibində A, C, D və E vitaminlərini, B vitamin kompleksi, bir çox amin turşusu, fosfor, selenium, sink, manqan, maqnezium kimi bir çox əhəmiyyətli mineralı, müxtəlif hormon və fermentləri eyni anda saxlamaqdadır. Buna baxmayaraq, arı südünün yüzdə 3-ü qismi elm adamları tərəfindən hələ tapılmayıb. Bu kompleks quruluşuyla arı südü, immunitetdən inkişafa, sonsuzluqdan antioksidant təsirə, şəkərdən unutqanlığa qədər bir çox problemdə dəstək olaraq istifadə edilməkdədir.

Arı südü nədir? Arı südünün faydaları nələr?

İşçi arılar yalnız sürfə dövrlərində 6 gün arı südü ilə qidalanarkən, başcı arı davamlı olaraq arı südü ilə bəslənir. Başcı  arıların öz ağırlıqlarınca yumurtlamalarının səbəbi qidalanma mənbələri olan arı südüdür. Arı südü əvvələr yalnız uşaq üçün istifadə edilirdisə , bu gün hər kəsin istifadə etdiyi bir qida halına gəlmişdir. Arı südü üzərində bir çox elmi araşdırma aparılır.

Möcüzə təsirləri səbəbiylə dünyanın ən bahalı südü olan arı südünün ən çox çıxarıldığı ölkə Yaponiyadır. İstehsal çətinliyi səbəbiylə Türkiyədə ildə yalnız 50 kiloqram qədər çıxarılan arı südünün kilosu 10 min lirəyə çatır.

Başcı arının həyat qaynağı olan arı südünün insan metabolizmasındaki ən sıravi faydası, immunitet sistemini qüvvətləndirməsidir. Əsl möcüzəsi isə ömrə ömür qatmasıdır. Bunun isbatı isə; digər arılar 6 həftə yaşayarkən yalnız arı südü ilə qidalanan başcı  arı 6-7 il arası yaşayır. Fiziki olaraq da digər arıların iki qatı qədər bir irilikdə və digər arılardan iki qat qədər daha ağır olur. Digər arıların hamısı sonsuz olmasına baxmayaraq, arı südü ilə bəslənən başcı  arı yer üzünün ən artımlı canlısı olaraq gündə öz ağırlığının 2 qatı qədər, 1500-3000 yumurta yumurtlayır.

Arı südü nədir? Arı südünün faydaları nələr?

Arı südü necə əmələ gəlir?

Arı südü, bir həftəlik gənc arıların udlaq altı bezlərindən ifraz etdiyi  bir fermentdir. Arılar arı südünü yalnız başcı arı və bala arıların qidalanması üçün çıxararlar. Başcı  arı yaşadığı müddət boyunca arı südü ilə qidalanır. Digər arılar isə balaykən ilk 3 gün arı südü ilə qidalanır, ilk 3 gündən sonra isə bal və polenlə qidalanmaya  başlayırlar.

Arı südünün çıxarılması də çox zəhmətlidir. Arı südünü bir həftəlik gənc işçi arılar yaradır. Gənc işçi arılar həyatlarının ən məhsuldar zamanlarında, yəni bir həftəlikdən həm özləri, həm də insanlıq üçün möcüzəvi faydaları olan arı südünü çıxararlar.

5 ilə 15 günlük işçi arıların udlaq üstü bezlərindən ifraz olunan arı südü axıcı, suda həll olunan, kremli ya da ağ rəngdə, turş və qoxusu kəskin bir maddədir. 40-50 qabından bir mövsüm boyunca ancaq 1 kiloqram qədər istehsal edilə bilər. Arı südü 5 dərəcə kimi normal bir soyuducu istiliyində 2-3 ay ərzində saxlanıla bilər. Daha uzun saxlanması lazımdırsa, sıfrın altında 17 dərəcə buzluqda  saxlanılmalıdır. Arı südü, nə qədər tez istifadə edilərsə bir o qədərdə  insan bədənində daha fayda təmin etməkdədir. Arı südünün işıq və istiliyə qarşı həssaslığı də vardır.

Arı südü necə istehlak edilir?

Arı südü su, bəhməz və ya süddə həll edilərək istehlak edilə bilinər. Ən məşhur olan balla qarışdırılaraq istehlak edilməsidir. Bal həm bir az turş olan arı südünün daha rahat alınmasına kömək olur, həm də qoruyucu xüsusiyyətiylə arı südünün xarab olmasının qarşısını alır.

Arı südünün faydaları nələrdir?

- Arı südü kürü ilə immunitet sisteminin gücləndirdiyi, bədəndəki bakteriya və mikrobları yox etdiyi, hətta meydana gəlməsinə maneə törətdiyi qeyd edilir.

- Uşaqların zehni və fiziki inkişaflarını sürətləndirər. Əzələ və sümük inkişafını dəstəkləyir.

- Revmatizma  xəstəliklərdə köməkçi olaraq istifadə edilər.

- Təzyiq xəstələri üzərində edilən işlərdə təzyiqi normada saxladığı hesab edilir.

- Diabet xəstələrinə verilən arı südü kürü ilə bu xəstələrdə çox ciddi yaxşılaşma müşahidə edilmişdir.

İçində var olan enerji səbəbiylə yorğunluğu atar, enerji verər, insanı gümrah tutar.

- Arı südü üst tənəffüs yolu xəstəliklərinə çox yaxşı təsir edir. Astma, bronxit və nəfəs darlığı çəkən xəstələri müalicə etdiyi, ağciyəri təmizləyib bəlğəmi təmizlədiyi bilinməkdədir.

- Hüceyrə yeniləyici təsiri səbəbiylə saç tökülməsinə qarşı istifadə edilir.

- Yenə hüceyrə yeniləmə xüsusiyyəti səbəbiylə dəri qırışıqlıqlarını aradan qaldırmada istifadə edilər. Maska  olaraq da istifadəedilən  arı südü insan dərisinin gözəlləşməsinə inanılmaz təsir göstərir.

Arı südü nədir? Arı südünün faydaları nələr?

- Hüceyrə yeniləmə xüsusiyyəti səbəbiylə xərçəngli hüceyrələri yox edir.

- Mədənin rahatlamasını təmin edər. Xora qastrit kimi mədə xəstəliklərini və mədə yanmasını qarşısını alır.

- Ürək və damar sistemini dəstəklədiyi müşahidə edilmişdir. Arı südünün xüsusilə damar tıxanıqlığının asanlıqla aradan qaldırdığı, qan axışını təşkil etdiyi təsbit edilmişdir. Xolesterola yaxşı gəldiyi müşahidə edilmişdir.

- Arı südünün təbii bir insulin kimi qandakı şəkəri yandıraraq enerjiyə çevirdiyi və insulin ehtiyacını azaltdığı təsbit edilmişdir.

Unudulmamalıdır ki, bu təbiət möcüzəsi yalnız xəstəlikdə deyil xəstəlikləri qarşısının alınması, həyat keyfiyyətini artırma və sağlam həyat üçün də istifadə edilə bilər.

7 yanvar 2016
GO BACK