Qadin.NET / Bananın bilmədiyimiz tərəfləri

Bananın bilmədiyimiz tərəfləri

Banan Cənub-Şərqi Asiyanın tropik bölgələrində təbii olaraq yetişən bir ağacsız bitkiyə və bu bitkinin yaşıl qabıqlı (bəzi növlərində qırmızı və ya çəhrayı qabıqlı) uzun meyvələrinə deyilir.

Banan  bitkisi ən böyük çiçəkli bitkidir. 7,6 metrə qədər çıxa bilən bitkiləri tez-tez ağaclarla qarışdırılır. Yarpaqları sarmaşıq formasında yer alır və 2,7 metr uzunluğa, 60 sm genişliyə qədər böyüyə bilirlər.

Bananın bilmədiyimiz tərəfləri

Dünya üzərində meyvəsi bəlkə də ən çox istehlak edilən bitkilərdən biridir. Bananın bu qədər istehlak edilməsinin səbəbi yalnız asan istifadə edilə bilən bir bitki olması deyil. Bu istehlakın ardında bananın çox bəsləyici bir qida qaynağı olması, bir çox vitamin, zülal, mineral və amin turşuları ehtiva etməsidir.

Az inkişaf etmiş ölkələrdə uşaq ehtiyacları olan zülalı banan yeyərək almaqdadırlar. Banan sümük inkişafını təmin edər, sinir zəifliyi və yorğunluğu aradan qaldırar. Böyrək və oynaq iltihabında, bağırsaq xəstəliklərində faydalıdır. Xroniki qəbizlik çəkənlər çox yeməməlidir.

B1, B2, C, A və E vitaminlərini ehtiva edən banan, kalium, dəmir, kalsium, fosfor, natrium və yod baxımından da çox zəngindir. Bananın kalori səviyyəsi çox yüksək olmasına qarşılıq heç xolesterol ehtiva etməməkdədir. Ürək əzələlərini inkişaf etdirən natrium və kalium maddələri ehtiva etməkdədir.

Kalium tərləmə səbəbiylə tutumunu itirməyə başlayan əzələləri canlandırır və daha asan hərəkət etmələrini təmin edər. B1 vitamini sayəsində sinir toxumalarının normal çalışmasına da təsir edər. Tərkibində olan yod sayəsində də tiroid bezinin balanslı işinə kömək edir.

Bananın bilmədiyimiz tərəfləri

Bananın bilmədiyimiz tərəfləri

Banan  saysız faydası olan bir meyvədir. Məsələn; banan, insanları xoşbəxt edə bilir. Banan yeyərək stresi azaltmaq mümkündür.

Xoşbəxtliyin yanında banan tam bir enerji bombasıdır. İki dənə banan 90 dəqiqəlik sıx bir məşq üçün kafi enerji təmin edər.

Banan istehlakı dünyada olduqca çoxdur. Hər il 100 milyon ədəd banan istehlak olunur. Kimsə bilməsə də, banan radiasiyanı yüngülləşdirən bir meyvədir. 50 dənə banan yediyiniz təqdirdə məruz qaldığınız radiasiya miqdarı bir x-ray cihazından keçərkən məruz qaldığınızla eynidir.

Hüceyrələrimizin yaşamasını təmin edən bioloji quruluş hissəsi olan insan DNT-si banan DNTi ilə 50% nisbətində eynidir.

Banan su tərkibi ən çox olan meyvələrdən biridir. Bananın 75% -i sudan ibarətdir.

Bananın bilmədiyimiz tərəfləri

Banan  çürümə baxımından ən dayanıqlı meyvələr arasında yer alır. Bananı soyuducuda saxlasanız, qabığının rəngi qəhvə rənginə dönsə belə, bananın içi xarab olmadan  uzun müddət qalar.

Bananın ürək böhranı, iflic və xərçəngə tutulma riskini azaltdığı bilinməkdədir.

Dünyanın ən böyük banan istehsalçısı Hindistandır. Orta hesabla hər dörd banandan biri Hindistanda yetişdirilmişdir.

Kaliforniyada bir şəhərdə Banan Klubu Muzeyi (The Banana Club Museum) var. Muzeydə banandan hazırlanmış və banana  bənzədilmiş hər növ əşya mövcuddur.

24 iyun 2015
GO BACK