Qadin.NET / Qarğıdalının faydaları

Qarğıdalının faydaları

Qarğıdalının  hər dənəsində şəfa vardır. Qarğıdalının vətəni Cənubi Amerikadır. Həkimlər, sağlamlığımız üçün qarğıdalı yeməyimizin vacib olduğunu söyləyirlər. Qarğıdalının tərkibində B1 vitamini, patotonik turşusu, B5 vitamini, B3 vitamini, C vitamini bol miqdarda vardır. Fosfor, maqnezium mineralları baxımından zəngin olan qarğıdalı tam bir vitamin və mineral qaynağıdır. Dünyada ən böyük qarğıdalı istehsalçıları Peru, Boliviya, Ekvador və Cənubi Meksikadır.

Qarğıdalının faydaları

Qarğıdalının sağlamlığa faydaları

Bir stəkan qarğıdalı gündəlik lif ehtiyacımızın təxminən 23%-ni qarşılamaqdadır. Qarğıdalı bu istiqaməti ilə həzm sisteminə köməkçi qidadır. Xüsusilə mədə xərçənglərinə maneə törədici xüsusiyyəti vardır. Yüksək xalesterolu tarazılayır. Xolesterolun düşməsi ilə ürək çatışmamazlığı riski də azalar. Tərkibində olan maqnezium, amin turşuları və B vitamini qrupu baxımından qarğıdalı, ürək çatışmamazlığı, şəkər, yüksək təzyiq və damar xəstəliklərində çox təsirlidir.

Qarğıdalının içində olan maqnezium sayəsində, damarların tıxanmasıın qarşı alınır. Oksigen və qida paylanması düzgün edilər. Maqnezium əskikliyində, ürəyə hücum edən sərbəst radikallara qarşı ürək özünü qoruya bilməz. Bu səbəblə maqnezium əhəmiyyətli mineraldır. 1 stəkan qarğıdalı gündəlik maqnezium ehtiyacının 16% -ni qarşılayır.

Edilən bir araşdırmada 8 il boyunca qarğıdalı ilə bəslənən insanlarda xərçəng riskinin 27% nisbətində düşdüyü görülmüşdür. Həzm sistemini tarazlayan və mədə xərçənginə qarşı qoruyan qarğıdalı bir şəfa qaynağıdır. Qarğıdalının  içində olan B12 vitamini və fol turşu, dəmir əskikliyinin qarşısını alır.

B qrupu vitaminlər həm ruh sağlamlığımız, həm də beyin sağlamlığımız üçün ən lazımlı olanlardır. Qarğıdalının  içində olan B1 vitamini  yaddaşı gücləndirir, enerji verir, beyni qüvvətləndirir. Depressiya və ruh sağlamlığımızı qorumağa köməkçi olur.

Qarğıdalının içində olan yüksək lif səbəbi ilə bağırsaq fəaliyyəti nizamlanar, xolesterol gərilər və həzm asanlaşar. Xüsusilə qarğıdalı yağı, bir linoleik turşu qaynağıdır. Bu turşular xərçəngə qarşı müdafiə rolunu qoruyur. Xüsusilə qarğıdalı nişastası, qaşınma və qıcıqlanmanın qarşısını alır.

Qarğıdalının faydaları

Qarğıdalı yağının faydaları

Qarğıdalı yağının 60% çoxlu doymamış yağ, 25% təkli doymamış yağ və 10%-i doymuş yağ ehtiva etməkdədir. Bu səbəblə də qandakı xolesterol səviyyəsinin düşməsinə səbəb olmaqdadır. Qarğıdalı yağı, doymuş yağların yerinə yüksək miqdarda çoxlu doymamış yağ turşusu saxlayar.

Qarğıdalı yağı, edilən araşdırmalarda ən faydalı yağlardan biri olduğu ortaya çıxmışdır. Zeytun yağı, pambıq yağı və sonra qarğıdalı yağı ən faydalı hesab edilən yağlardandır. Bu yağı salatlarda və yeməklərdə rahatlıqla istifadə edə bilərsiniz. Xüsusilə limon və portağal qarışdırıldıqda faydası daha çox artmaqdadır.

Qarğıdalı hamiləlik dövründə faydalıdır

Fol turşusu zəngin olan qarğıdalı, hamilə qadınlar üçün faydalıdır. Hamilə qadınlarda fol turşu əskikliyi kilolu körpələrin doğumna səbəb olur. Ana və uşaq sağlamlığı üçün hamiləlik dövründə ana namizədinin qarğıdalı istehlak etməsi məsləhət görülür. Ancak yüksək qan təzyiqi, əl və ayaqlarda şişmə meydana gəlirsə mütləq həkimə müraciət edilməlidir.

25 may 2015
GO BACK