Mütəxəssislər rəngi, qoxusu və dadı ilə ən sevilən meyvələrdən biri olan çiyələkdə bol miqdarda fosfor və dəmir olduğunu bildirirlər. Çiyələyin faydalarını öyrəndikdən sonra daha çox sevəcəksiniz.
- Həzm sisteminin nizamlı çalışmasını təmin edir. Həzmi sürətləndirməsi ilə arıqlamağa kömək edir.
- Diş ətlərini gücləndirir, dişləri ağardır. Hollivud ulduzları dişlərinə çiyələklə masaj edərək dişlərini ağardırlar. Eyni zamanda ağız qoxusunu da aradan qaldırır.
- Çiyələk həm də pəhriz dostudur. 10 ədəd böyük çiyələk təkcə 58 kaloridir, yəni şirinə olan ehtiyacınızı bu şəkildə təmin edə bilərsiniz. İştahı azaltması və maddələr mübadiləsini sürətləndirməsi pəhriz edənlər üçün müsbət təsir göstərir. Bir dilim az kalorili çörək, az yağlı pendir və çiyələk gözəl bir ara yeməyi ola bilər. Qatıq, yulaf və çiyələk üçlüyü də ayrı bir variantdır.
- Xərçəngə qarşı qoruyucu xüsusiyyəti var.
- Çox yaxşı bir antioksidan olması səbəbiylə immunitet sistemini gücləndirir.
- Sakitləşdirici təsirə malikdir. Stressi azaldır, təzyiqi salır.
- Qaraciyər xəstəliklərinə xeyri çoxdur.
- Dərini nəmləndirib təzə bir görünüş qazandırır. Çiyələk pürəsini həftədə bir dəfə südlə qarışdırıb maska olaraq tətbiq edə bilərsiniz.
- Damar tıxanıqlığını önləyir və xolesterolu aşağı salır.
- Bədəndə yığılan zəhərli maddələri çölə atar.
- Böyrəklərdəki qum, daş kimi narahatlıqların qarşısını alar və zamanla bunların keçməsini təmin edər.
- Aybaşı qanamalarını nizamlı edər.
- Bədənə qüvvət verir.
- Revmatizmaya yaxşı təsir edir.
Albalının faydası
- Sapları qurudulduqdan sonra qaynadılıb çay kimi dəmlədikdə sidik qovucudur və bədəndəki zərərli maddələri təmizləyər.
- Sinirləri qüvvətləndirir və sinir sistemini sakitləşdirir.
- Qanı təmizləyər. Xolesterolu və qan şəkərini salar.
- Çox yaxşı ağrı kəsici və qızdırma salandır.
- Sızanaq kimi dəri problemlərini qarşısını alar.Dərinin parıldamasına və nəm tarazlığının təmin edilməsinə çox yaxşı təsir edir.
- Bədənin xəstəliklərə qarşı müqavimətini artırır.
- Albalı çiçəyi qaynadılıb suyu içilərsə, soyuqdəyməyə və öskürəyə yaxşı gələr.
- Albalı suyu dəridəki qırışları aradan qaldırmaqda təsirlidir. Çəhrayı albalı əzilərək köhnəlmiş dərilərə maska edilə bilər.
- Albalı sapı qaynadılaraq içildiyində maddələr mübadiləsini tezləşdirərək sürətli və sağlam çəki azlatmağa kömək edir.