Qadin.NET / Balqabaq çəyirdəyi və şabalıdın faydaları

Balqabaq çəyirdəyi və şabalıdın faydaları

Balqabaq çəyirdəyi və şabalıdın faydaları

İki ortaboy şabalıd təxminən 20 qramdır. Tərkibində 12 qram karbonhidrat, 2,5 protein, 1 qram yağ vardır. Bu da bir incə dilim çörəyə bərabərdir. Ona görə də artıq çəkili və orqanizmində maddələr mübadiləsi zəif gedən insanlar şabalıd yeyəndə miqdarına diqqət etməlidirlər. Şabalıdın enerji tərkibi də çox yüksəkdir. Şabalıdın tərkibində aşağı nisbətdə yağ, B1, B2, C vitamini, maqnezium kimi minerallar var.

Şabalıdın kalorisi yüksəkdir. Buna görə də arıqlamaq üçün pəhriz saxlayanlar və şabalıq yedikdən dərhal sonra tərkibində zülal olan tərəvəzlərdən istifadə etməlidirlər ki, qan şəkəri yüksəlməsin. Ancaq şabalıdı bişirib istifadə etsəniz, çəki artırıcı təsirini azaldacaqsınız. Bişirilmiş şabalıdla közlənmiş şabalıdı müqayisə etdikdə görürük ki, bişirilmiş şabalıd qan şəkərini daha gec yüksəldir.

Şabalıd bir çox xəstəliklərə qarşı bədəni qoruyur. Şabalıd qəbizliyə qarşı ən gözəl vasitədir. Qısa müddətdə ishalı aradan qaldırır.

Şabalıdın tərkibində zülal olduğu üçün şəkər xəstələrinə tövsiyə edilmir. Dəri yaralarında çox təsirli qüvvəyə malikdir. Daha çox qabığının qaynadılması ilə hazırlanan məlhəmlərdə yüksək effekt verildiyi deyilir. Tərkibində antioksidan yüksək olduğu üçün yaraların sağalması üçün istifadə edilir. Kişilərdə prostat xərçəngi riskini azaldır. Burxulma, çıxıq, böyrək daşı salma, nəfəs darlığı kimi sağlamlıq problemlərində şabalıddan istifadə edilməsi məsləhət görülür. 

Balqabaq çəyirdəyi və şabalıdın faydaları

Qabaq çəyirdəyinin faydaları:

Qabaq çəyirdəyinin tərkibində dəmir, fosfor, kalsium, maqnezium kimi minerallar vardır.

Qabaq çəyirdəyinin 100 qramında (qabıqsız):

Enerji 610 kkal

Protein 30 qram

Yağ 50 qram

Karbonhidrat 10 qram

Kalsium 40 mq

Dəmir 10 mq

Fosfor 1144 mq

Vitamin E-10-12-mq

Qabaq çəyirdəyi yastıdır. Çöl qabığı sarı, ağ rənglərdə, içi yaşıl rəngdədir. 

Balqabaq çəyirdəyi və şabalıdın faydaları

Faydaları:

Qəbizliyə kömək edir.

Ürək bulanmasına kömək edir.

Qurdların tökülməsinə kömək edir.

Ürək damar xəstəliyinə faydalıdır.

Qabaq çəyirdəyi çərəz kimi salatlarda, çörək aralarında istifadə edilir.

Qabaq çəyirdəyini çərəz kimi istifadə edərkən duzlu olmamasına, qovrulmuş olmamasına diqqət etmək lazımdır. Çəki problemi olmayan insanlara gündə bir çay fincanını keçməmək şərti ilə həftədə 3-4 dəfə istifadə edilməsi tövsiyə edilir.

11 may 2015
GO BACK