Bananın bir çox xəstəliklərə yaxşı təsir edən bir meyvə olduğunu bilirdinizmi? Tədqiqatlara görə, beyni gücləndirən banan sağlamlığa da çox faydalıdır. Depressiyadan tutmuş mədə qıcqırmasına qədər, qanazlığından tutmuş stressə qədər bir çox xəstəliyin müalicəsində onun əməyi əvəzedilməzdir. Bu meyvə həqiqətən də möcüzəvi bir meyvədir.
İngiltərədəki məktəblərin birində 200 şagird üzərində aparılan təcrübə zamanı qəlyanaltıda, ara yeməklərdə, eləcə də günorta yeməyi zamanı banan yeyən uşaqların imtahanlarda daha uğurlu nəticələr əldə etdiyi təyin edildi. Bu tədqiqatla kalium qaynağı olan bananın uşaqların öyrənmə bacarıqlarına müsət təsir etdiyi dəqiqləşdirildi.
Banan yumşaq olduğuna və tərkibindəki vitaminlərin zənginliyinə görə bağırsaq xəstəliklərindən əziyyət çəkənlərin pəhriz siyahısında özünə xüsusi bir yer alan meyvədir. Bundan əlavə, banan mədə xəstəlikləri zamanı da müsbət təsir göstərir.
Banan hamiləlik dönəmində yaranan ürək bulantılarının da qarşısını alır. Ara yeməklərdə yeyilən banan qandakı şəkərin səviyyəsini yüksəldər və xüsusilə də hamilə qadınlarda olan səhər bulantılarının qarşısını alar.
Bunlarla yanaşı, banan anemiya, yəni qan azlığında da öz müsbət təsirini büruzə verir. Bananın tərkibində yüksək miqdarda dəmir var. Bunun sayəsinə də o, qandakı hemoqlobinin sayını artırır və qanazlığının qarşısını alır. Amerika alimləri tərkibində yüksək miqdarda kalium olan bananın yüksək təzyiqi normaya saldığını və iflic riskini aşağı saldığını da vurğulayıblar.
Banan ağcaqanaq sancdığı yerlərin sağalmağına da kömək edir. Ağcaqanaq və ya digər böcəklərin dişlədiyi yerlərə krem və ya losyon vurmamışdan əvvəl bir dilim banan qoyun və yoxlayın. Banan böcəyin dişlədiyi yerdəki şişliyi və qızartını götürəcəkdir.
Bananın tərkibində B qrup vitaminləri də var. Ona görə də o, əsəb isteminin rahatlamasına kömək edir. Əgər işiniz ağırdırsa və daim stress altında olursunuzsa, o zaman mütləq ara yeməklərdə banan yeyin. O, tərkibindəki B1 vitamini sayəsində sinir toxumalarının normal çalışmasına da təsir edər.
Banan bədəndə xoşbəxtlik hormonunun (serotonin) yaranmağına səbəb olur. Buna görə də o, gərginliyi aradan qaldırar və stresdən əsər-əlamət belə saxlamaz. Banan sizə enerji verərək əhvalınızı müsbət yöndə dəyişər.
Mədədə yanma və turşuma kimi hallarda da mədəni rahatlatmaq üçün banan yemək olar. O, mədədəki narahatlıqları aradan qaldırar.