Qadin.NET / Ürək üçün 5 faydalı qida

Ürək üçün 5 faydalı qida

 Faydalı meyvə-tərəvəzlər sizi hipertonik böhrandan xilas edə bilər. Hətta pəncərənizin önündə 300 istilik varsa belə. İsti hava  şəraitində bizim orqanizmimizdə maye çatışmazlığından qanımızda qatılaşma olur. Bu hal qan dövranını çətinləşdirir. Avropa Kardioloqlar Assosiasiyasının mütəxəssisləri bizim ürəyimizin işini asanlaşdıran və damarların spazmasını yüngülləşdirən beş qidanın adını sadalamışlar.

1. Cəfəri 

Cəmi 1 çay qaşığı cəfəri suyu arterial təzyiqin aşağı düşməsinə yardımçı olur.

 

2. Pomidor
Təzə pomidor və pomidordan hazırlanmış  müxtəlif qəlyanaltıların tərkibində ürəyi möhkəmləndirən maqnezium, damarların tonusunu saxlayan likopin antioksidantı var.
Ürək üçün 5 faydalı qida

3. Ərik

Ürəyin dərmanıdır. Ərik şirəsi qan təzyiqini salır, ürək əzələsini möhkəmləndirir və dəridən artıq maddələrin çıxarılmasına kömək edir. Qan azlığı olanlar ərikdən rahat istifadə edə bilərlər. O, həm onkoloji xəstəliklər və həmçinin anemiya, həm də uşaqlar və hamilə qadınlar üçün çox faydalıdır. Ərik şirəsini 2 stəkandan çox içmək məsləhət deyil. Çünki tərkibində meyvə şəkəri var.

Ürək üçün 5 faydalı qida

4. Qara üzüm

 Ürəyə lazım olan antioksidantlarla zəngindir. Həmçinin, yüngül sidikqovucu təsirə malikdir ki, bu da şişlərin qarşısını alması üçün önəmlidir. Üzüm tərkibində çoxlu şəkər olduğu üçün kalorili sayılır. Ona görə də günə 200-250 qram üzüm yemək məsləhərdir. Mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən insanlar üzüm yeyərkən ehtiyatlı  olmalıdırlar.

Ürək üçün 5 faydalı qida

5. Təzə kələm (bütün növləri)

 Kələm C vitamini ilə zəngindir. Tərkibindəki anti-ulkus maddəsi mədə yaralarını müalicə edir. Qandakı toksinlərinin aradan qalxmasına kömək edir. Kələm şirəsi  hipertoniya  xəstəliyindən əziyyət çəkən xəstələr üçün faydalıdır. Qan təzyiqini aşağı salır.

2 aprel 2016
GO BACK