Qadin.NET / Yaşıl çay necə içilməlidir?

Yaşıl çay necə içilməlidir?

Yaşıl çay necə içilməlidir?

Yaşıl çay həm pəhriz saxlayanların, həm də sağlam bəslənənlərin imtina edə bilmədiyi bir içkidir. Maddələr mübadiləsini sürətləndirməsi və yağ yandırmasıyla əlaqədar onu pəhrizimizdən əksik etmirik. Ancaq yaşıl çaydan tam mənasıyla faydalanmaq və daha ləzzətli bir şəkildə istifadə etmək üçün yaşıl çayı dəmləmə qaydasını bilmək lazımdır. Yaşıl çayın necə dəmlənməsi və necə içilməsi barədə araşdırma apardıq.
Yaşıl çayın pəhrizlərdə istifadə edilməsinin səbəbi tərkibində olan kate maddəsindən qaynaqlanır. Kate maddələr mübadiləsinin sürətini artıraraq yağların yandırılmasına kömək edir. Yaşıl çaydakı kate maddəsindən tam faydalanmaq üçün yaşıl çayı dəmləyərkən bəzi qaydalara diqqət etmək lazımdır.

Yaşıl çay necə içilməlidir?

Yaşıl çay necə dəmlənir?

Bir fincan üçün yarım çay qaşığı qədər yaşıl çaydan istifadə edilməlidir. Fincan başına daha çox yaşıl çay əlavə etsəniz, yaşıl çayın dadının olduqca acı olduğunu görəcəksiniz.
Yaşıl çayı dəmləyərkən diqqət yetirilməsi lazım olan başqa məsələ isə yaşıl çayı əsla suyla birlikdə qaynatmamaqdır. Yaşıl çayı doğru bir şəkildə dəmləmək üçün əvvəl suyu qaynatmalı, sonra qaynamış suya çayı əlavə etməlisiniz. Qaynamış suya əlavə edilən yaşıl çayın 5 dəqiqə dəmlənməsi kifayətdir. 5 dəqiqədən çox dəmləsəniz, çayın xüsusiyyətini itirmiş olarsınız.

Yaşıl çay necə içilməlidir?

Yaşıl çayı necə dadlandırmaq olar?

5 dəqiqə qaydasına riayət etməyinizə baxmayaraq yaşıl çayın dadı acı gəlirsə, ərik və üzüm kimi quru meyvələri yaşıl çayın içinə ataraq dadlandırılmasını təmin edə bilərsiniz. Diqqət yetirməniz lazım olan bir başqa məsələ: çayın xüsusiyyətini pozmamaq üçün yaşıl çaya şəkər, süni dadlandırıcı və bal kimi qidaları əlavə etməyin. Yaşıl çayın içinə atacağınız bir parça limonla həm çayınızı ləzzətləndirə, həm də çayın yağ yandırıcı təsirini gücləndirə bilərsiniz.

5 aprel 2016
GO BACK