Ən çox rast gəlinən sağlamlıq problemlərindən biri anemiyadır. Bu xəstəlik dəmir əksikliyindən yaranır. Dəmir əksikliyi həm qeyri-sağlam və qeyri-kafi qidalanmadan qaynaqlanır, həm də irsi səbəblərdən yarana bilər. Ən çox rast gəlinən anemiya əlamətləri arasında əl və ayaqlarda üşümə, göz qaralması, baş gicəllənməsi kimi sağlamlıq problemlərini misal göstərmək olar. Qansızlıq problemi zamanı dəmir, fol turşusu və B12 vitaminlərini qəbul etmək lazımdır. Vitaminlərdən əlavə tərkibində bu növ vitaminlər olan qidalardan istifadə etmək də vacibdir.
Qaraciyər
Qaraciyər xalq arasında qan azlığına ən təsirli dərman kimi tanınır. Bunun səbəbi qaraciyərdə yüksək nisbətdə olan B12 və dəmir vitaminləridir.
Gicitkən
Yarım çay qaşığı doğranmış gicitkən otu bir stəkan qaynar su ilə qaynadılır və süzülür. Gündə 3-4 dəfə içilən bu məlhəm qan artımına faydalıdır.
Keçibuynuzu çox qüvvətli dəmir mənbəyidir. Xüsusilə keçibuynuzu bəkməzindən gündə 2-3 çay qaşığı qəbul edilsə, qadınlarda görülən qan azlığının müalicəsində böyük rol oynayır.
Xüsusilə quru üzüm və quru tut həm B12, həm də dəmir baxımından zəngindir. Anemiya xəstələrinin hər gün bu meyvələri bol-bol yeməsi vacibdir.
Tünd yaşıl yarpaqlı tərəvəzlər
İspanaq və brokkoli kimi tünd yaşıl tərəvəzlərdə fol turşusunun miqdarı olduqca yüksəkdir. Eyni zamanda bu tərəvəzlərin tərkibinə yüksək nisbətdə dəmir daxildir.
100 qr skumbriya balığında yüksək nisbətdə B12 vitamini var. Somon və sardina balıqları da qan azlığına müsbət təsir göstərir.