Qadin.NET / Kişmişin faydaları

Kişmişin faydaları

Kişmişin faydaları

Əziz xanımlarımız, bu xəbərimdə sizə kişmiş haqqında danışmaq istədim. Üzümün qurudulması ilə əldə edilən kişmiş çox dadlı olmaqla yanaşı, həm də çox faydalıdır. Onu bir çox hallarda yeyirik, amma bu yediyimizin bizə nə qədər xeyirli olduğunu bilirdinizmi? Bir şeyi də qeyd edim ki, üzümü çox yox, 3-4 dənə yeyə bilərsiniz. Birdən çox yedikdə heç bir xeyri olmayacaq. Hamınıza sağlamlıq arzu edirəm.

Kişmişin faydaları

Tumsuz kişmişin faydalarından bəhs edən mütəxəssislər onların hansı xəstəliklərə faydalı olduğunu qeyd edirlər: 

Tumsuz kişmiş çox əhəmiyyətli bir qida qaynağıdır. Tərkibindəki şəkər qlükoza və fruktozadan ibarətdir.
Qlükozanın başda beyin olmaqla bütün bədənin inkişafında və fəaliyyətində ehtiyac duyduğu enerji qaynağı, yəni yanacağıdır. Xüsusilə idman edən insanlar idmandan əvvəl kişmiş yeməklə orqanizmlərini enerji ilə təmin edə bilərlər.

Kişmişin faydaları

Kişmişdən hər gün istifadə etmək həzm sisteminin işini təmin edir. İnfarkt riskini azaldır. Bununla yanaşı, qaraciyər xəstəlikləri və qan azlığına da faydalıdır. Eyni zamanda bədəni kökəldir, qan miqdarını artırır.

Kişmişin bir başqa xüsusiyyəti isə tərkibində yüksək miqdarda 2 valentli dəmirin olmasıdır. Bu quruluşdakı dəmir əsasən qansızlıq problemini aradan qaldırmaqda faydalı olub, qan dəyərini yüksəldir. Qansızlıq probleminə əsasən qadınlarda və uşaqlarda rast gəlinir. Eyni zamanda döş xəstəliklərinin müalicəsi üçün də faydalıdır. Tumsuz kişmişdən istifadə etmək bu problemləri aradan qaldırmaq üçün effektiv təbii yoldur. 

Kişmişin faydaları

Tumsuz kişmiş tərkibindəki kalium və fosfor kimi minerallar və vitaminlər sayəsində yüksək enerjili qidalandırıcı, sağlam təbii bir qidadır. Ürək döyüntülərini tənzimləyən, sinir və sümük hüceyrələrinin inkişafına xüsusi təsiri olan kişmiş maqneziumla zəngindir. Başda uşaqlar olmaqla hər kəsin üzümdən istifadə etməsi məsləhətdir. Vətəndaşlarımızın xüsusilə Ramazan ayında da kişmişdən istifadə etmələri faydalı olacaq. 

13 fevral 2014
GO BACK