Alimlər bir çox rahatsızlığa kömək edən qarağatın faydalı xüsusiyyətlərini bizə təqdim etmişdir.
Çox tez-tez xəstələnirsiniz? Müqavimətiniz zəifdir? Bəlkə də bədəniniz oksidativ stresə məruz qalır!
Oksidativ stres nədir? Bədənimizdə qidaların oksigendən istifadə edərək enerjiyə çevrilməsi əsnasında sərbəst radikal adı verilən metabolik tullantılar ortaya çıxır.
Sərbəst radikalların hüceyrələrə "hücum"u ziyan etməsini oksidativ stres olaraq təyin etmək mümkündür. Alma, banan kimi qidaların soyduqdan bir müddət sonra qaralmağa başladıqlarını görmüşük. Bax, bu hadisə oksidativ stresə gözəl nümunədir. Oksidativ stresdən sonra immunitetimizin zəiflədiyini söyləmişdik. Bu vəziyyətlə mübarizə aparmaq üçün antioksidant tərkibli qidalara ehtiyacımız vardır.
Antioksidanlar sərbəst radikalları təsirsiz hala gətirərək bədənimizi qoruyur və immuniteti gücləndirmə funksiyasını yerinə yetirir. Antioksidanlarla zəngin olan qidaları seçməklə bədənin sərbəst radikallara qarşı müdafiəsi artırıla bilər. Beləcə, tam bu nöqtədə antioksidanta olan ehtiyacımıza kömək edən meyvənin hansı olduğunu bilməyimiz vacibdir: təzə qarağat.
Qarağata göy rəngi verən antosiyanın maddəsi qiymətli bir antioksidandır. Meyvənin özünü çöldən gələn zərərlərə qarşı qoruduğu kimi bizi də qoruyur. Yabanı qarağatın tərkibində A, C, E vitaminləri, dəmir, manqan, kalsium, fosfor və yüksək nisbətdə kalium var. Qara dəniz bölgəsində yetişən qarağat dünyada "blueberry" adıyla bilinir.