Qadin.NET / Bəkməzin faydaları

Bəkməzin faydaları

Bəkməzin faydaları

Üzüm dəyəndə ağıla bəkməz gəlir. Bəkməz deyəndə ağıla qan, can, güc gəlir... Ancaq bəzi səbəblərdən bəkməzlə edilən şiniyyatlar, ümumiyyətlə bəkməzdən istifadə çox azalıb. Onun əvəzinə şəkərdən daha çox istifadə edilir.

Şəkərin 5 qramında 20 kkal enerji var, lakin eyni qramdakı 1 qaşıq bəkməz 15 kkal enerji verir. Bəkməz 25% daha az enerji təmin etməsi ilə birlikdə şəkərin tərkibində olmayan dəmir, kalsium, fosfor, kalium, maqnezium, natrium, xrom kimi minerallar, B1 (tiamin) , B2 (riboflavin) və B3 (niasin) vitaminlər daxildir.

Bəkməz deyəndə ilk ağıla gələn dəmirdir!

Bəkməzin faydaları
Qan hüceyrələrində olan hemoqlabinin və əzələ hüceyrələrində olan miyoqlobinin içində olan dəmir tənəffüs sistemi ilə hüceyrələrimizə oksigen daşıyır. Yediyimiz qidaların bədəndə yığılıb qalmayıb, enerjiyə çevrilərək oksigenlə reaksiyaya girməsinin lazım olduğunu düşünsək, dəmirin maddələr mübadiləsi tarazlığı və kilo idarəsi mövzusundakı əhəmiyyətini daha yaxşı qavramış olarıq.

Dəmir "qəbulunun" qeyri-kafi olması nəticəsində, xüsusilə qadınlarda və uşaqlarda görülən "dəmir əskikliyi anemiyası"ndan qorunmaq üçün gündəlik 1-2 qaşıq bəkməz qəbul etmək kafi olacaq.

Kalsiumun bitki mənşəli qaynağı: bəkməz! 

Bəkməzin faydaları

Kalsiumun təməl qaynaqlarından biri süd və süd məhsullarıdır. Bununla bərabər bitki mənşəli qaynaqlarından biri də bəkməzdır. Kalsiumun sümük və diş sağlamlığını qorumaqda, əzələlərin yığılıb-boşalma vəzifəsini icra etməsində, maddələr mübadiləsinin tarazlığının təmin edilməsində lazımlıdır.

Maye tarazlığının açarları: kalium və natrium 

Bəkməzin faydaları

Bəkməzdə olan kaliumun və natriumun hüceyrə daxili və xarici mayelərdə yer dəyişdirərək bədəndə tarazlığın qorunması, təzyiqin təşkil edilməsi kimi həyati funksiyaları vardır.

Xrom

Bəkməzin faydaları

Qan şəkərini və xolesterol səviyyəsinə nəzarət edərək tarazlıqda saxlayar. Xüsusilə şəkər xəstələri üçün əhəmiyyətli bir mineraldır. Xrom çatışmamazlığı daim aclıq hissi və şirniyyatlara hədsiz üstünlük vermək istəyi ilə iştah idarəsinin itirilməsinə səbəb olur və nəticədə bədəndə yağlanma prosesi başlayır.

Maddələr mübadiləsi, fosfor və B qrupu vitaminləri

Bəkməzin faydaları

Sümük və diş strukturlarının təməlini meydana gətirən fosfor kalsiumdan sonra bədənimizdə ən çox lazım olan mineraldır. Zülalların sintezi hüceyrədə enerji istehsalı kimi vəzifələri olması ilə bərabər karbohidrat, zülal və yağ mübadiləsində da funksiyası böyükdür.

Bəkməz menopauza dövründə azalan estrogen hormonunun bədəndəki fəaliyyətini dəstəkləyir və menopauza dövründə ortaya çıxan çətinliklərin öhdəsindən gəlməyə kömək edir.

26 noyabr 2013
GO BACK