Qadin.NET / Göyərtilərin faydalı xüsusiyyətləri

Göyərtilərin faydalı xüsusiyyətləri

Göyərtilərin faydalı xüsusiyyətləri

Güc və sağlamlıq otu-ispanaq

Vətəni İran hesab olunur. Ordan isə Fransaya gətirilmiş və saray aşpazları tərəfindən nəinki yeməklərdə, hətta boyaq maddəsi kimi də istifadə olunub. İspanağın şirəsi dondurma, yağ, müxtəlif kremlər və sousların rəngini dəyişmək üçün istifadə olunub.

İspanaq olduqca faydalı tərəvəz sayılır, tərkibində çox sayda C, E və K vitaminləri, vacib mikroelementlər - mis, maqnezium, manqan, yod, sink var və yaşlanmanın, bədxassəli şişlərin qarşısını alır. İçindəki təbii antioksidantlar, karotin beyin hüceyrələrinin funksiyası və immunitetin möhkəmlənməsi üçün yararlıdır.

Bütün orqanların fəaliyyəti, hüceyrələrin bölünməsi, inkişaf və artması üçün tərkibində fol turşusunun "fəaliyyəti" əvəzsizdir. Ən əsası ispanaq bütün tərəvəzlərdən fərqli olaraq zəngin dəmir daşıyıcısıdır. Çox maraqlıdır ki, qurudulmuş ispanaqda dəmir daha çoxdur.

İspanaq bədəndəki iltihaba qarşı, avitaminozun profilaktikası və mədə-bağırsaq sisteminin düzgün işləməsi üçün gözəl vasitədir.

İspanaq seçərkən yarpaqlarına fikir vermək lazımdır, yarpaqlar təzə, parıltılı və yaşıl olmalıdır. Solmuş və saralmış yarpağın tərkibində C vitamini yox dərəcəsindədir. İncə ispanaqdan salat, buterbrod, çığırtma hazırlamaq olar. İspanaqlı zapekanka və lazanyanın dadına isə söz ola bilməz.

Bu xeyirli tərəvəzdən şorba hazırlayarkən əsas 2 qaydaya fikir vermək lazımdı :

1. Xeyirli maddələri və vitaminləri qoruyub saxlamaq üçün ispanağı 1dəqiqədən artıq qaynatmaq olmaz.

2. İspanağın bulyonundan istifadə olunmamalıdır.

Demək olar ki, dünyanın bir çox mətbəxlərində ispanaqdan yetərincə istifadə olunur. Bizdə isə ispanaqdan dadlı ispanaq qovurması, ya da ki səbzi bişirilir. 

Göyərtilərin faydalı xüsusiyyətləri

Yarpız

Yarpız suda qaynadılaraq suyu içilərsə, ana bətnindəki ölü uşaq düşür. Quru yarpızı yandırıb külü ilə diş ətlərini ovxaladıqda dişlər möhkəmlənir. Yarpız təzə vaxtı yeyildikdə iştahanı yaxşılaşdırır. Qaynadılmış suyundan sidikqovucu kimi istifadə olunur. Yarpızı əncir ilə birlikdə yedikdə təngnəfəslik aradan götürülür. Qaynadılmış suyu ürəkbulanmanın qarşısını alır, bağırsaq qurdlarını salır. 

Göyərtilərin faydalı xüsusiyyətləri

Razyana

Razyana toxumu suda qaynadılıb, suyuna bal və ya şəkər əlavə edilib içilərsə, damarlar təmizlənər, təngnəfəslik dayanar, ürək döyünməsinin qarşısı alınar.

Qaynadılıb alınan suyu ilə göz yuyulduqda görmə qabiliyyəti güclənər.

Göyərtilərin faydalı xüsusiyyətləri

Reyhan

Reyhan çiçəkləri şəkərlə birlikdə əzilir, şərbət hazırlanır. Bundan bir müddət içdikdə ürək döyüntüsü sakitləşir. 

Göyərtilərin faydalı xüsusiyyətləri

Kahı

Kahı şirəsi və arpa unundan hazırlanmış sıyığı ağrıyan gözün üzərinə qoyduqda göz ağrısı keçər. Kahı toxumundan 6 qram yeyilərsə, yuxusuzlara yuxu gətirər, uşaq əmizdirən anaların südünü artırar. 

30 mart 2016
GO BACK