Qadin.NET / Albalının faydaları

Albalının faydaları

 

Gənc qalmağın ən təbii yollarından biri olan albalı turş dadıyla ağzımızı bir az bursa da olduqca sevilən bir meyvədir. Albalı və turş qohumu gilənara  tünd qırmızı rəng verən piqment, bədəni xəstəliklərə qarşı qoruyur. Qırmızı-tünd qırmızı rəng verən antioksidant maddəsi bədənin immunitet sistemini gücləndirir.
Xərçəng və ürək xəstəliklərinin meydana gəlməsinə mane olur; yaşlanma müddətini yavaşladır. Vişnə antoksiyası maddə baxımından daha da zəngindir. Təzə albalı və gilənar, C vitamini və B vitaminləri ilə zəngindir. ABŞ Texasda edilən bir araşdırmaya görə albalıda yüksək nisbətdə "melatonin" də var.
Melatonin təbii olaraq bədən tərəfindən də ifraz olunan, yuxunu tənzimləyən və yaşlanma müddətini zəiflədən bir antioksidantdır. Gilənarın diabet xəstəliyində şəkər səviyyəsini saldığı, xərçəngin yaranmasına mane olduğu, əzələ yaralanmalarında ağrını azaltdığı iddia edilir. Bu meyvələrdən ən yaxşı şəkildə faydalanmaq üçün çiy yemək lazımdır. Qış aylarında ən yaxşısı isə quru albalı yeməkdir. Konservlər, hazır satılan albalı suları isə seçim etməməliyik. Albalının zəka açan bir təsiri də var.

13 fevral 2011
GO BACK