Qadin.NET / Yemişi yaxından tanıyaq

Yemişi yaxından tanıyaq

 

Yemişi yaxından tanıyaq

1.Yemişin tərkibində dəmir var.

2.İnsanın görmə qabiliyyətini yaxşılaşdırır.

3.Qəbizliyə meyilli olan insanlar yemişdən istifadə etsələr xeyrini görərlər.

4-.Yemişin şirəsi böyrək xəstəliyi və ürək çatışmamazlığından əziyyət çəkənlərə kömək edir.Çünki yemişin tərkibində olan vitaminlər mikrobları məhv edir.

5.Yemişin kosmetik sahədə xidməti böyükdür.Belə ki,dəri xəstəliyinin, allergiyanın qarşısının alınmasında böyük effektə malikdir.

6.Gündə iki dilim yemiş yesəniz,saçlarınız parlaq,dəriniz hamar olacaq,gözləriniz işıq saçacaq.

Yemişi yeyərkən diqqət edin

Yeməkdən sonra yemiş yemək qəti qadağandır.Dietoloqlar məsləhət görürlər ki,yemişi yemək arasında yesəniz daha yaxşı həzm olunar.Çünki o bağırsaqda həzm olunur və mədədə qalıb qıcqıranda qarında ağırlıq hissinə,bağırsaq sancılarına və qarın köpünün başqa simptomlarına gətirib çıxardır.

1.Dərinizi təravətləndirmək üçün yemişli maska hazırlayın.

İki xörək qaşığı təzə sıxılmış yemiş şirəsi

İki çay qaşığı bal

İki yumurtanın sarısı

Yarım çay qaşığı duz

Yarım fincan qatıq

Bunları isti su ilə qarışdırın və 20-30 dəqiqə üzdə saxlayın,sonra isti su ilə yuyun.Bu maskanı həftədə 2-3 dəfə vura bilərsiniz.

2.Çilləri,civzə və ləkələri təmizləyən maska

 

 

Çilləri,ləkələri,sizanaq və civzələri təmizləmək üçün yemişin ətli hissəsini əzib,nazik lay kimi üzünüzə çəkin.10-15 dəqiqə saxlayın və salfetlə qurudun və qidalandırıcı kremdən istifadə edin.Əgər  vaxtaşırı istifadə etsəniz üzünüz təmiz və təravətli olar və dəriniz elastik olacaq.

3.Saçların tökülməsinə qarşı maska

 

Saçlarınız tökülürsə saçlarınızı yuduqdan sonra yemişin şirəsini saçların dibinə çəkin və 10-15 dəqiqə sonra ilıq su ilə yuyun.

4.Yemiş pəhrizi

 

Birinci səhər yeməyi:400 qr  yemiş.

İkinci səhər yeməyi:200 ml kefir.

Nahar:400 qr yemiş,200 qr bişmiş düyü,bir fincan yaşıl çay.

İkinci nahar:çay,suxari,pendir.

Axşam yeməyi:200qr düyü(qarabaşaq,arpa yarması,kartof ola bilər),200 qr dana əti(toyuq və ya balıq ola bilər),çiy tərəvəzlər.

 
14 iyul 2013
GO BACK