Qadin.NET / Xeyirli və möcüzəli gül kələmi

Xeyirli və möcüzəli gül kələmi

 

             İngilislərin yaxşı sözü var: "Güllər içində ən gözəli - gül kələmidir". Əslində o tərəvəzdir. Vətəni Kipr adasıdır. Qədim dövrlərdə gül kələmini Şərqə gətirib, baha qiymətə satırdılar.            

Tərkibi:

Gül kələminin tərkibi selülozla və bir çox minerallarla zəngindir ki, bu da bağırsaqlar üçün xeyirlidir. Bu möcüzəli tərəvəzin tərkibində hətta, göyərti və yaşıl noxuddakından 2 dəfə çox dəmir var. Gül kələmində C, A, B1, B2 vitaminləri və karotin mövcuddur. Gün ərzində bircə dəfə gül kələmi yemək immuniteti artırır.           

 Yarpaqları:

Gül kələminin yarpaqları qışda tez-tez qrip olmağın qarşısını alır. Yarpaqları böyük hissələrə bölüb, duzlu suda qaynadıb, bitki yağında qovurub yeyin.           

Sağlamlıqda:

Gül kələminin tərkibindəki vitaminlər birbaşa beyinə, sinir sisteminə təsir edir. İnsanı depressiyaya düşməyə qoymur. Xroniki yorğunluğu təmamilə aradan qaldırır. Qaynadıb, suyunu içmək, mədə xorasını təmamilə sağaldır. Hər gün gül kələmi yemək xərçəng riskini azaldır.

 

Xeyirli və möcüzəli gül kələmi

 

Bişirmək üsulu:

Gül kələmini qaynamış su ilə yumaq lazımdır ki, vitamini üstündə qalsın. Onu bişirərkən pis qoxunun qarşısını almaq üçün isə suya bir-iki dəfnə yarpağı atın.

Qəbul miqdarı:

Gün ərzində təbii gül kələmini 100 qram, konservləşdirilimiş halda isə 200 qram qəbul etmək olar.

Qovurması

Ləzzətli gül kələmi qovurması istəyirsinizsə, onu bişirərkən üstünə, içərisinə azca sirkə əlavə olunmuş çuğundur şirəsi tökün. Əgər gül kələmini bişirməzdən əvvəl azca süddə saxlasaz, çox ləzzətli olacaq.

         Problemli dəri:

H vitamini və ya biotin vitamin dəri soyuqdəyməsinə, mədəaltı vəzi xəstəliklərinə müsbət təsir göstərir. Ondan üz və saç xəstəliklərinin müalicəsində də istifadə olunur. Tez-tez gül kələmi  yeyən adam üzdəki sızanaqlardan xilas olacaq.

Xeyirli və möcüzəli gül kələmi

          Şəkər xəstələrinin dərmanı:

 Qandakı şəkərin və xolesterinin miqdarını daim normada saxlayır.

          Sağlam ürək:

 Ürək xəstəliklərini aradan qaldırır. Ürək döyüntüsünü qaydasında saxlayır.       

  Salat:

Gül kələmindən 500 qram götürüb, suda yumşalana qədər bişirin. Bir qaba qoyub, üstünə suda bişirilib, doğranmış yumurta, 1/2 xörək qaşığı sirkə, 1 xörək qaşığı bitki yağı, duz, şəkər tozu və istiot əlavə edib, yaxşıca qarışdırın. Boşqaba yığıb, üstünü yumurta və yaşıl soğanla bəzəyin.       

 Şorba:

Gül kələmindən 250 qram götürüb, 1/4 hissəsini ayırıb kənara qoyun. Qalanını duzlu suda 20 dəqiqə bişirin. O biri hissəni isə yağda qovurub, üzərinə 3 xörək qaşığı ət suyu töküb, 15-20 dəqiqə vam odda saxlayın. Blenderdə əzib, üzərinə 2 xörək qaşığı kərə yağı, un, bir az ət suyu, duz və istiot töküb, bişirməyə davam edin. Süfrəyə verərkən üstünə duzlu suda bişmiş gül kələmlərini qoyun. Bu şorbanı peraşki ilə yemək məsləhətdir. 

Xeyirli və möcüzəli gül kələmi

Oladye:

Tərəvəzi duzlu suda yumşalana qədər bişirin. Əzib içərisinə 75 qram un, 2 yumurta, 1 limonun şirəsini, 125 qram sürtgəcdən keçirilmiş pendir, 1/4 çay qaşığı əzilmiş fındıq, 1 diş əzilmiş sarımsaq və qara istiot töküb qarışdırın. 30 dəqiqə saxladıqdan sonra duru yağda qızardın.       

Saçlar üçün:

Gül kələmindən püre hazırlayıb, saçın dibinə çəkmək saçları canlandırır, kəpək və saç tökülməsi kimi problemləri aradan qaldırır. İçərisində gül kələmi qaynadılmış suyla saçları yaxalamaq onlara parıltı verəcək.       

Kosmetologiyada:

Bu maska üçün sizə 3 ədəd qurudulmuş gül kələmi, 1 kök, 1/2 stəkan yağlı kəsmik, 1 yumurta, 1 xörək qaşığı badam yağı lazım olacaq. Gül kələmlərini əzib üzərinə, sürtgəcdən keçirilmiş kök, kəsmik, yumurta və badam yağı əlavə edib, 30 dəqiqə mikserlə qarışdırın. Maskanı üzə, sinəyə və əllərinizə çəkin. 30-40 dəqiqə saxladıqdan sonra, pambıqla silib, isti suyla yuyun. Bu maskanı 2 ay həftədə iki-üç dəfə etmək lazımdır. Maska soyuq havada çatlamış, qurumuş və solmuş dərini təravətləndirir.   

    P.S. Gül kələmi allergiyadan əziyyət çəkənlər üçün ən təhlükəli tərəvəz hesab olnur.

7 iyul 2013
GO BACK