Ağ turp ikiillik, qırmızı turp birillik, tez yetişən bitki növüdür. Dadına, iyinə, kimyəvi tərkibinə görə onlar bir-birinə çox yaxındır. Bitkilər latınca "iri turp, xırda turp" adlanır. Azərbaycanda isə yayılmış formaların rənginə görə onlar ağ turp, qırmızı turp kimi tanınır.
Turplardan qidalanmada müntəzəm istifadə etdikdə insanın iştahası artır,əmələ gələn artıq turşuluq neytrallaşır və toplanan zərərli maddələr həll edilərək bədəndən xaric olunur,maddələr mübadiləsini nizamlayır. Turpların tərkibində olan maddələr, o cümlədən qlükozidlər ətli,yağlı-piyli yeməklərin həzminə,yağların sabunlaşmasına təsir göstərməklə öd turşusunun az sərf olunmasına şərait yaradır. Bununla da bir sıra qaraciyər və öd xəstəliklərinin qarşısını alır. Turpun kök meyvəsində olan 10-12 faizə qədər pektin maddəsi insan orqanizminə keçən radioaktiv şüaları zərərsizləşdirir və onları bədəndən xaric edir. Ağ turp kökmeyvəsindən 30%-li şirə hazırlanır,ondan öd kisəsi xəstəlikləri zamanı istifadə edilir. Turp şirəsini balla qarışdırıb tənəffüs yollarının selikli qişasının zədələnməsi,quru öskürək və səsi batmış xəstələrin müalicəsində istifadə etmək olar.
Ağ turpdan dilin iflici zamanı da istifadə etmək olar.Bunun üçün xəstəyə turpun balaca kəsilmiş hissəsini yavaş-yavaş çeynəmək məsləhət görülür.
Qədim zamanlardan ta indiyə kimi rus xalq təbabətində ağ turpdan irinli yara və şişlərin müalicəsində istifadə edilir.
Ağ turp anemiya və qan azlığı xəstəliyində çox faydalıdır. Bunun üçün yerkökü, çuğundur, ağ turpun kökləri bərabər miqdarda doğranılaraq sıxılır və 3 bitkinin birlikdə şirəsi alınır. Bu qarışığı 3 ay müddətində yeməkdən 15 dəqiqə qabaq, 1 çay qaşığı qəbul edirlər.
Turpların toxumlarından rafin,rafanin,sulfarafen və sativin kimi qiymətli preparatlar hazırlanır. Ağ və qırmızı turpdan mədə-bağırsaq yaraları,qastrit xəstəliyinin müalicəsi,mədə şirəsinin artıq turşuluğunun qarşısının alinması,həmçinin bağırsaqların soyuqlaması zamanı da istifadə etmək xeyirlidir. Turp beyin fəaliyytini artırır,mərkəzi sinir sisteminin işini yaxşılaşdırır. Gəyirmə yaradır,köpü azaldır,üzün rəngini yaxşılaşdırır.
Qədim xalq təbabətində turpu qaynadaraq suyunu toplayıb, ondan sidik kisəsində daşı əritmək üçün istifadə etmişlər.
Ağ və qırmızı turpun xalq təsərrüfatında əhəmiyyəti təkcə bununla məhdudlaşmır.Ağ turpun toxumundan sənaye şəraitində qiymətli turp yağı emal edilir.Həmin yağ xörəkdə istifadə edildikdə qanda xolestrinin miqdarını azaldır,ateresklerozun qarşısını qismən alır.