Qadin.NET / Süd və süd məhsullarının faydaları

Süd və süd məhsullarının faydaları

 

Süd qida məhsulu kimi çox əhəmiyyətlidir. İnək, qoyun, keçi südü qida kimi, o biri südlər isə müalicəvi baxımdan maraq doğurur.

Südün keyfiyyəti heyvanın yediyi otlardan asılıdır: əgər heyvan istilik gətirən bitkilərlə qidalanarsa, onda onun südü bədənə istilik, soyuqluq verən bitkilərlə qidalanarsa, soyuqluq verir.
Süd təzə halda daha münasibdir, qaldıqda öz keyfiyyətini itirir. Qadınlar doğuma yaxın və doğumdan sonra 40 gün ərzində süd qəbul etməsə yaxşıdır. İsti iqlimi olan yerlərdə zəif mədəsi olanların çox süd içməsi ziyandır.
Ana südü

Boğazı yumşaltmaq üçün faydalıdır. Vərəm, sinə quruluğu, öskürək üçün münasib sayılır.

 İnək südü

Mülayimdir, yağlılığı çoxdur. İnək südü insan üçün olduqca münasibdir. Təzə inək südünü soyumamış içmək kökəldir, cinsi fəaliyyəti gücləndirir, tez həzm olunur, bədən tərəfindən çox məsrəf olunur, üzü yaxşılaşdırır, bədəni qüvvətləndirir. Əsəb zəifliyi, baş ağrısı, ürək döyüntüsü, hamiləlik zamanı münasib sayılmır, çox işlətdikdə böyrəkdə daş yarada bilər.


Qoyun südü

Yağlılığı və pendir çıxımı çoxdur. İnək südünə nisbətən qəlizdir. Ağciyər, bağırsaq yarası üçün münasibdir.

Keçi südü

Soyuqluğu, rütubəti çoxdur. Boğaz üçün münasibdir, çox hallarda inək südünü əvəz edə bilir.
At südü

Nisbətən istiliyi çoxdur, iştah gətirir. Sidikqovucu təsirə malikdir, sidik yolları üçün münasibdir.
Uzunqulaq südü

Rütubəti çoxdur, soyuqdur. Vərəm, arıqlıq, istiliklə müşaiyət olunan öskürək, nəfəs tutlması, öd iltihabı, sidik kisəsi ağrısı, bağırsaq yarası kimi hallara münasibdir.

 

Qatıq

Soyuq və rütubətlidir, susuzluğu yatırır. Təsir baxımından ayrana yaxındır. Soyuqdəyməsi olan mədəyə ziyandır.
Ayran

Ayranın ən yaxşısı yağı yığılmamış olanı, təzəsidir. Soyuqluq gətirir, qan təzyiqini aşağı salır, iştah gətirir, susuzluq yaradır.
Pendir

Təzəsi soyuqluq verir, böyrəyi möhkəmləndirir, təmiz qan yaradır. Qoz ləpəsi və kəkotu ilə təzə pendir bədənı kökəldir, dərini zərifləşdirir, iştahı azaldır. Duzlu köhnə pendir istilik və quruluq verir, bağırsağı bərkidir və susuzluq gətirir.

20 fevral 2013
GO BACK