Bütün dünyada ən çox istifadə olunan bitki yağları arasında: palma, soya, raps və günəbaxan yağlarıdır. Palma yağının istehsalı və istifadəsi bütün dünyada ildən ilə artır.
Palma yağı haddında cəmiyyətdə mənfi fikir formalaşıb. KİV-in köməyi ilə bu yağa "təhlükəli" və "ziyanlı" damğası vurulub. Lakin bu heç də belə deyil.
Palma yağının mənbəyi Afrika palma ağacıdır. Bu yağın istehsalı ilə əsasən Malayziya və İndoneziya ölkələri məşğul olur.
Palma yağının meyvəsi qabığı bərk olan qavalı boyda meyvədir. Bərk qabığın altında yumşaq lifli meyvə əti yerləşir. Məhz bu meyvə ətindən palma yağı istehsal olunur. Beləliklə, palma yağı tam təbii məhsuldur.
Təzə sıxılmış palma yağı sarı-narıncı rəngdə olur və xoş dad verir. Yağın ətri bənövşə gülünün ətrinə bənzəyir. Təzə sıxılmış yağ yalnız texini yağ kimi kosmetika, sabun, diş pastası, kremlər və s. məhsulların istehsalında istifadə olunur.
Qida sənayesində isə emal olunmuş və təmizlənmiş palma yağından istifadə olunur.
Palma yağının əksər hissəsi (80%) qida üçün istifadə olunur. Palma yağı xörəklərin, salatların hazırlanmasında, qida sənayesində istifadə olunur. Qida sənayesində palma yağı dondurmanın, şokoladın, çipslərin, hazır sıyıqların, un məmulatlarının (peçenye, vafli, tortlar və s.) istehsalında bütün dünyada çox geniş istifadə olunur.
Palma yağı bir çox süni uşaq qidalarının ("smes") tərkibinə daxildir. Süni süd qidalarının istehsalına və keyfiyyətinə bütün dünyada çox ciddi nəzarət edilir. Bu qidalarda keyfiyyətsiz, ziyanlı, toksik maddələrin və xammalın istifadəsi mümkün deyil. Əgər belə hadisə baş verərsə, bu dünya səviyyəsində böyük qalmaqala səbəb olacaq.
Qida üçün nəzərdə tutulmuş palma yağının tərkibində təhlükəli trans yağlar yoxdur. Yeri gəlmişkən, palma yağı ilə müqayisədə daha tez-tez istifadə etdiyimiz marqarin trans yağlarla olduqca zəngindir. Lakin buna baxmayaraq insan sağlamlığı üçün həqiqi təhlükəli olan marqarin nədənsə tənqid atəşinə tutulmur.
Yağların ən faydalı hissəsi polidoymamış yağ turşularıdır. Palma yağında bu xeyirli maddələrin miqdarı digər bitki yağlarla müqayisədə daha azdır, lakin, misal üçün, kərə yağı ilə müqayisədə daha çoxdur. Həmçinin palma yağı E vitamini ilə də zəngindir.
Beləliklə, qida üçün nəzərdə tutulmuş (xüsusi təmizlənmiş və emal olunmuş) palma yağını "ziyanlı" və "təhlükəli" hesab etmək düzgün deyil. Təbii ki, əgər insan daim və həddən artıq miqdarlarda tərkibində palma yağı (və ya istənilən digər yağ) olan konfet və digər şirniyyatları qəbul edirsə, bu onun sağlamlığı üçün izsiz keçməyəcək. Lakin burada palma yağı günahkar deyil.
Mənbə: журнал "Наука и жизнь", Игорь Сокольский, Правда о пальмовом масле