Qadin.NET / İmmunitet sistemini gücləndirən mükəmməl bitki

İmmunitet sistemini gücləndirən mükəmməl bitki

Çörəkotu və ya yağı ana südünü artıran xüsusiyyətə malikdir.
Mövsüm keçidlərində, allergiya vəziyyətlərində, xolesterol və şəkər xəstəlikləri, immunitet sisteminin güclü saxlanmasında və bu kimi digər hallarda məsləhət görülən çörəkotu mükəmməl bir bitkidir. Çörəkotunun faydaları bunlarla bitmir. Bu bitkinin saç və dəriyə qulluq üçün də dəstəkləyici rolu var. Aparılan araşdırmalar çörəkotunun tərkibində 100-dən çox birləşmə olduğunu sübut edib. Bunlardan bəziləri nigellon və alpha pinen birləşmələri, Omega-3, Omega-6 yağ turşuları, selenium, sink, dəmir, mis, kalsium mineralları və E vitaminidir. Bu birləşmələr və yağ turşuları xüsusən immunitet sisteminin qüvvətlənməsində son dərəcə vacib rol oynayır.

Ana südünü artırır və hüceyrələri yeniləyir

Salatlara əlavə edəcəyiniz yarım çay qaşığı çörəkotu yağı həm dadı artırır, həm də sağlamlığa xidmət edir. Üyüdülmüş çörək otunu qatığa qataraq da yeyə bilərsiniz. Çörəkotu tərkibindəki birləşmələr sayəsində hüceyrələri yeniləyici xüsusiyyəti ilə yanaşı, ana südünü artırmağa da kömək edir. Bunun üçün istər yağ, istər üyüdülmüş formada bala qataraq yeyə bilərsiniz. Şora xüsusi dad vermək üçün qatılan da məhz çörəkotudur.

Lakin çörəkotu yağı alarkən diqqətli olmaq lazımdır. Bunun üçün aşağıdakıları bilməlisiniz.

Dad: Çörəkotu toxumunun dadı yüngüldür. Dadın acı olması bu yağın keyfiyyətli olması demək deyil. Yağın məhsuldarlığının artırılması üçün sıxma əsnasında istilik əməliyyat tətbiq edilir. Bu da rəngin tündləşməsinə, dadın acılanmasına səbəb olur. Bunu təhlillərdə peroksid miqdarına baxılaraq da anlamaq mümkündür. Halbuki soyuq pres üsulu ilə əldə edilən çörək otu yağında acılıq və boğazı yandırma nisbəti yüngüldür. Bundan başqa, oksigenlə təmas edən, depolanma şərtləri uyğun olmayan çörək otu yağlarında turşuluq miqdarı və peroksid miqdarı artır. Bu da acı dadda və yağın rəngində artmaya səbəb olur.

Rəng: Yağın rəngi orijinalında soyuq sıxmada açıqdır.

İyi: Xarakterik çörəkotu qoxusu.

Peroksid: Soyuq preslənmiş və təbii yağlarda maksimum 15 meq O2/kq olması lazımdır. Yağlar və peroksid miqdarı oksidləşmə dərəcəsi haqqında məlumat verir. Lipid oksidləşmənin mərhələsidir, arzuedilməz dad və qoxu yaranması, yağda həll olan bəzi vitaminlərin itkisinə, sərbəst radikalların artmasına səbəb ola bilər.

Turşuluq: Turşuluq dərəcəsi 1-10 faiz arasında dəyişir. Sağlam qidalanmanız üçün keyfiyyətli və soyuq sıxılmış çörəkotu yağı seçin. Bunun üçün ya yağın peroksid miqdarını ölçdürən, ya da güvənli, standartlara uyğun istehsal edən firmalara üstünlük verin.

12 oktyabr 2020
GO BACK