Qadin.NET / Heç çörək yeməmək nə qədər düzgündür?

Heç çörək yeməmək nə qədər düzgündür?

 

Heç çörək yeməmək nə qədər düzgündür?

Ürək xəstəliyi riskini artırır

Parisdə keçirilən Avropa Kardioloji Dərnəyinin iclasında əldə edilmiş yeni nəticələr açıqlandı. İclasda 30 minə yaxın həkim son araşdırmaları dəyərləndirdi.  25 min insan təxminən 10 il ərzində müşahidə edildi. Müşahidə əsnasında xəstələr qidalanma vərdişlərin, karbohidrat qəbuluna görə 4 qrupa ayrıldılar. Araşdırma əsnasında normal çəki çatdıqdan sonra aşağı səviyyədə karbohidratlı pəhrizə davam edən insanlardaürək xəstəliyi riskinin yüzdə 20-i daha çox olduğu görüldü.

 

Heç çörək yeməmək nə qədər düzgündür?

 

 

Qısa dövr üçün olduqca faydalıdır...

Qısa dövr üçün az karbohidrat qəbulu olan pəhrizlər olduqca faydalıdır, buna 10 il ərzində davam etmək ürək xəstəliklərinə yol açır. Bu araşdırma göstərir ki, ideal çəkiyə çatdıqdan sonra az karbohidrat qəbuluna davam etmək ürək xəstəlikləri üçün həmişə yaxşı olmaya bilər.

 

Heç çörək yeməmək nə qədər düzgündür?

 

 

Karbohidratı idmanla nizamlayın

İdeal çəkiyə çatdıqdan sonra həyat tərzinizi dəyişin. Karbohidrat qəbulunu çox azaltmayın. Gündəlik qəbulu 200 qramdan aşağı olmamalıdır. Davamlı idmanla məşğul olmaq vacibdir. Fiziki aktivliyi nə qədər canlı tutsanız, metabolizma o qədər sürətli işləyər. 

 

Heç çörək yeməmək nə qədər düzgündür?

 

30 sentyabr 2019
GO BACK