Qadin.NET / Yuxusuzluğun səbəbləri

Yuxusuzluğun səbəbləri

 

Gün ərzində yuxu vərdişləri

Gecə kifayət qədər və sağlam formada yuxunuzu almasanız, gün ərzində yuxunuz gələcək. Yuxu sağlamlığın ən əsas detalıdır. Gün ərzində bədənizi xüsusi hallar xaricində yuxuya ehtiyacı yoxdur. Gecə normal yatmaq üçün gün ərzində yatmamalısınız.

 

Yuxusuzluğun səbəbləri

 

 

Uzun müddət işləmək

Gün ərzində çox işləmək, yemək-içmək vaxtının pozulması, idman etməmək kimi hallar yuxusuzluğa səbəb olur. Bacardıqca bütün gününüzü alıb, bütün həyatınızı iflic edən işlərdən uzaq olun.

 

Yuxusuzluğun səbəbləri

 

 

Psixoloji səbəblər

Bəzən yuxusuzluğu yaradan səbəb psixoloji problemlər olur. Təşviş halı, depressiya, stress, şizofren və bipolar pozuntusu fərdlərdə davamlı gərginlik hissi yaradır. Bu hallarda ilk psixoloji problem müalicə edilməlidir.

Pis vərdişlər

Qəhvə və alkoqoldan əlavə siqaret kimi mənfi vərdişlər yuxu probleminin əsas səbəblərindən hesab olunur. Xüsusilə, axşam üstü adını çəkdiklərimizin qəbulu yuxunu qaçıra bilər. Normal yatmaq istəyirsinizsə, məfi vərdişlərdən xilas olmalısınız.

Yuxusuzluğun səbəbləri

Həddindən artıq yemək

Yuxusuzluqla qarşılaşmaq istəmirsinizsə, nə qədər yediyinizə diqqət etməlisiniz. Yatmadan əvvəl həddindən artıq yemək yesəniz, həzm problemi yaşaya bilərsiniz. Bu da yuxu sistemini pozar.

Yuxusuzluğun səbəbləri

17 fevral 2019
GO BACK