Qadin.NET / Gün ərzində yorğun hiss etməyə səbəb olan vərdişlər

Gün ərzində yorğun hiss etməyə səbəb olan vərdişlər

 

1. Saat zəngini təxirə salmaq - oyanıb saatın zəngini təxirə salmaqla, yeni yuxu fazasının başlanmasına səbəb oluruq. Onu da bitirmədiyimizdən bütün gün yuxulu və yorğun oluruq.

 

Gün ərzində yorğun hiss etməyə səbəb olan vərdişlər

2. Yuxudan oyanar-oyanmaz telefona baxmaq - yuxudan dərhal sonra gördüyümüz xəbər gün ərzində narahatçılığa səbəb ola bilər. Telefona yalnız səhər yeməyindən sonra baxmağa çalışın.

3. Pərdələri açmamaq - əlbəttə ki, yuxulu vəziyyətdə gün işığı bizi narahat edir, amma günəş səhər bizi yuxudan oyadır, belə ki, qanda kortizolun artmasına səbəb olur

Gün ərzində yorğun hiss etməyə səbəb olan vərdişlər

4. Yatağı yığışdırmamaq - bəzi insanlar bunu etməyə ərinir, lakin bu günə nizamlı başlamaq və gün ərzində daha produktiv olmağa yardım edir

5. Günə kofe ilə başlamaq - əlbəttə burda pis şey yoxdur, sadəcə acqarına kofe yox, otaq temperaturunda olan təmiz su içmək həm mədə, həm də maddələr mübadiləsinə daha xeyirlidir.

Gün ərzində yorğun hiss etməyə səbəb olan vərdişlər

6. Oyanmaq üçün isti duş qəbul etmək - isti su əzələləri boşaldır və ürək döyüntüsünü azaldır, ona görə də yatmaq istəyi yaranır, oyanmaq üçün soyuq və ya sərin su ilə çimin, həm də gün ərzində əhvalı da yüksək tutmağa yardım edəcək.

7. Səhər yeməyində yalnız karbohidrat və şəkər yemək - əlbəttə ki, səhər yolüstü ponçik ya bulka yemək daha rahatdır, amma bir az sonra aclıq və yorğunluq hiss edəcəksiniz, yalnız düzgün səhər yeməyi sizi gün boyu enerji və gümrah hiss etməyə yardım edəcək.

Gün ərzində yorğun hiss etməyə səbəb olan vərdişlər

8. İdmanı axşama saxlamaq - əgər səhər yüngül dartınma hərəkətləri etsək əzələlərdən mayeni qovmuş oluruq, həm gələcəkdə baş verə biləcək  onurğa ağrılarının qarşısını alırıq.

9. İş zəngləri etmək - işə başlamaqdan ötrü əvvəlcə oyanmaq lazımdır, ona görə belə zəngləri 09.30-dan sonra etmək məsləhətdir.


16 fevral 2019
GO BACK