Qadin.NET / Qış aylarında immuniteti necə gücləndirməli?

Qış aylarında immuniteti necə gücləndirməli?

 

Qış aylarında immuniteti necə gücləndirməli?

Sabit qidalanma vərdişi sizi qoruyur

İmmunitet sistemini bədənimizdəki infeksiyalara yol aça virus, bakteriya, parazit və mikroorqanizmlərdən bizi qoruyur. Dərmanlara başlamadan əvvəl təbii yollara baş vurmaq daha faydalıdır. Günlük vitamin ehtiyacı qarşılamaq vacibdir. Sağlam qidalanma immuniteti gücləndirən əsas faktorlardandır.

Qış aylarında immuniteti necə gücləndirməli?

İmmunitet sisteminə ən təsirli vitamin: C vitamini

Hər günorta mövsuma görə salat yeməyin, gündə 3-4 porsiya meyvə yeməyin sağlamlığa faydası çoxdur. Bundan əlavə, həzm sistemini işini asanlaşdırmaq üçün gündəlik 2,5 litr su içilməlidir. İmmunitet sistemini qoruyan əsas vitaminlərdən biri C vitaminidir. C vitamini, ən çox portağalın, limonun, mandaliin, kivinin, qreyfurtun tərkibində olur. İmmunitet sisteminin eyni zamanda antioksidanlara ehtiyacı var. Nar, yaşıl çay, kök, sarımsaq kimi ərzaqların tərkibində bol miqdarda antioksidan olur.

Qış aylarında immuniteti necə gücləndirməli?

Omeqa-3 immunitet sistemini gücləndirir

Ən ləzzətli yağ turşularından olan Omeqa -3 immunitet sisteminin gücləndirir. Eyni zamanda sinir sisteminə, ürək-damar sağlamlığına faydası çoxdur. Omeqa-3lə zəngin olan balıq həftədə ən az iki gün yeyilməlidir. Qış aylarında, eyni zamanda portağal, kahı, kərəviz, mandalin kimi meyvə və tərəvəzlər bol miqdarda yeyilməlidir.

 

 

18 yanvar 2019
GO BACK