Qadin.NET / İmmunitetimizi möhkəmləndirməyin vaxtıdır

İmmunitetimizi möhkəmləndirməyin vaxtıdır

Payızın gəlişi insan orqanizmində bir çox xroniki xəstəliklərin yaranmasına və ya ağırlaşmasına səbəb olur. Buna görə də immunitetimizi möhkəmləndirməyin əsil vaxtıdır. Sizə bir neçə resept təqdim edirəm.

Resept 1.

 

300 q qoz ləpəsi, 300 q ərik qurusu və 300 q kişmişi 2 limonla birgə ət maşınından keçiririk. Bunları 300 q balla qarışdırırıq. Hər gün səhər 1-2 çay qaşığı yemək lazımdır. Bu qarışığı soyuducuda saxlanmalıdır. 

Resept 2.

 

250 q üçillik aloe yarpaqlarını ət maşınından keçiririk. Üzərinə 500 q bal və 500 ml kaqor əlavə edib qarışdırırıq. 5 gün qaranlıq yerdə saxladıqdan sonra gündə 3 dəfə bir çay qaşığı ilə  qəbul etmək lazımdır (yeməkdən 30-40 dəqiqə qabaq).

Resept 3.

 

30 q  qara qarağatın üzərinə 50 ml qaynar su  tökürük. İsti yerə qoyuruq ki, 1-1.5  saat dəm alsın. Sonra üzərinə 100 q bal əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Bu çayı gün ərzində  2-3 dəfəyə qəbul etmək lazımdır. 

11 sentyabr 2011
GO BACK