Sağlam dişlər üçün tövsiyələr
- Davamlı fırçalama işindən sonra diş ipini istifadə edərək diş aralarını təmizləmək lazımdır.
- Kalsium baxımından zəngin olan qidalar yemək təkcə sümük sağlamlığını deyil, dişləri də qorumaq lazımdır.
- Sərt qidalarla diş köklərinə zərər verməmək lazımdır. Eyni zamanda bu diş ətlərinin infeksiyaya tutulmasına səbəb ola bilər
- Banan və çiyələk kimi qidalar təbii diş fırçalamasını təmin edər. Ağız içindək bakteriya sayısını azaldaraq ciddi xəstəliklərin yaranmasının qarşısını alar.
- Aparılan araşdırmalarda şəkərsiz saqqızların diş sağlamlığına müsbət təsir etdiyini ortaya çıxarılmışdır.
- Evdə hazırlanan içkilərdən həddindən artıq içilməməlidir. Diş minasına zərər verməmək lazımdır.
- Həddindən artıq soyuq və isti içkilər dişləri çatlamasına səbəb ola bilər.
Dişləri necə ağartmalı?
1 yemək qaşığı kəklikotu və 1 çay stəkanı suyu qaynadın. Qarışımı süzdükdən sonra diş fırçasını batırıb gündə 3 dəfə dişlərinizi fırçalayın.
Ən təsirli üsul: 1 qaşıq zeytun yağı, 1 qaşıq karbonat, 1 qaşıq limon suyunu qarışdırın. Məcun halına gələn qarışımla dişlərinizi gündə 2 dəfə fırçalayın.