A vitamini
A vitamini və ya retinol çatışmazlığında, gecə korluğu problemi yaranır. A vitamini isə, gözün gecə görməsini qüvvətləndirir. Lazımlı miqdarda A vitamini qəbul edilməzsə; gecə korluğu, göz yaşının azalması kimi problemlər yarana bilər. A vitamini; yaşıl və sarı rəngli tərəvəzlər ilə meyvələrdə, yumurta, süd kimi qidalarda, qaraciyər, portağal, kök, kartof, ispanaq, manqo, yemiş kimi ərzaqlarda var.
B2 vitamini
B2 vitamini çatışmazlığında, gözlərdə yanma və işığa qarşı həssaslıq, hətta katarakta problemi yaranır. B2 vitamini yəni riboflavin; gözdə katarakta probleminin yaranmasının qarşısını alır, miqren ağrılarının azalmasına kömək edir. B2 vitamini xüsuilə ət, qaraciyər, toyuq, balıq, yaşıl yarpaqlı tərəvəzlər, paxlakimilər, taxıl, yağsız süd, qatıq, yumurta sarısı, pendir, gicitikan, ada çayı, brokoli və ispanaqda olur.
C vitamini
C vitamini, günəş şüalarına qarşı qoruyaraq katarakta xəstəliyinin yaranmasının qarşısını ala bilir. C vitamini qəbulu, şəkər xəstəliyi ilə bağlı yaranan, gözün sinir və damarlarında yaranan harabiyrtin qarşısını almağa kömək edir. Çünki C vitamini, yüksək qan şəkərinin mənfi təsirini yox etmə gücünə malikdir. C vitamini, təzə meyvəvə tərəvəzlərin bir çoxunda var. Xüsusilə, portağal, greyfurt, üzüm, yaşıl bibər C vitamini mənbəyidir.
E vitamini
E vitamini, alfa tokoferol tipi bir antioksidandır; yəni alfa tokoferol bədən üçün zərərli olan zəhərli maddələrin xaric olunmasına kömək edir. E vitamini baxımından zəngin qidalar; kərəyağı, qırmızı ət, ispanaq, brokoli kimi yaşıl yarpaqlı tərəvəzlər, kivi, manqo, banan, zeytun yağı, qoz, badam günəbaxan və günəbaxan yağıdır.
Maqnezium
Maqneziumun qan şəkərini nizamlayıcı xüsusiyyəti var. Quru meyvələr, ispanaq kimi yaşıl yarpaqlı tərəvəzlər, tam taxıl, yer fıstığı, pendir, toyuq, kartof, portağal, pomidor, ssoğan, qatıq, kök, kərəviz, kələm, əncir, üzüm, xurma maqnezium tərkibli qidalardır.
Omeqa
Omeqa 3 və Omeqa 6; göz sinirlərinin inkişafında böyük əhəmiyyət daşıyır. Aparılan araşdırmalar, Omeqa3 və Omeqa6 yağ turşularının göz quruluğunu azaltdığını ortaya çıxartmışdır. Omeqa3 kətan toxumu, balıq, qozda, Omeqa6 qarğıdalı, soya və günəbaxan çiçəyi yağında var.