Qadin.NET / Göz sağlamlığı üçün qidalar

Göz sağlamlığı üçün qidalar

 

 

Göz sağlamlığı üçün qidalar

 

 

İş həyatına görə nizamlı və sağlam qidalanmama göz sağlamlığı üçün təhdid yaradır. Sadəcə bədən sağlamlığı üçün deyil, göz sağlamlığımız üçün də yeməklərimizə diqqət etməliyik. Bəzi qidaların gözün görmə qabiliyyətini artırdığını deyən Op. Dr. Elvan Yalçın "Sağlam bədənin ən əhəmiyyətli ehtiyacı düzgün qidalanmadan keçir. Xüsusilə, göz sağlamlığını qorumaq üçün A, C və E vitaminləri ilə zənginləşdirilmiş pəhrizlərə üstünlük vermək lazımdır" deyir.

 

Göz sağlamlığı üçün qidalar

 

 

Təkcə kök kifayət deyil

Göz sağlamlığı deyəndə ağla ilk gələn qidanın kök olduğunu, ancaq təkcə kökün kifayət etmədiyini söyləyən Op.Dr. Elvan Yalçın "Qidalarda olan A vitamini və beta karoten birbaşa göz sağlamlığını təmin edir. A vitamini mənbəyi sayılan köklə bərabər Omega3 və 6 yağ turşuları ilə sink və maqnezium kimi mineralla zəngin qidaların istifadəsi də iləriləyən yaşda görmə qabiliyyətini asanlaşdırır" deyərək fikrini tamamladı.

 

Göz sağlamlığı üçün qidalar

 

 

İspanaq, ən faydalı qidaların başında gəlir

Gözdə yarana biləcək zədəni ən aza endirən və katarakt kimi xəstəliklərin qarşısını almağa kömək edən 6 faydalı qidanı paylaşan Op. Dr. Elvan Yalçın "Xüsusilə, qırmızı bibər və ispanaqda olan A vitamini gözün gecə görməsini artırarkən, qaragilə və şirin kartofun sahib olduğu C vitamini isə gözdə katarakt riskini ən aza endirir. Omega-3 baxımından zəngin olan balıq retinanın funksiyasını qoruyan hüceyrə zədələrini bərpa edir" deyərək sözünü sona yetirdi.

 

Göz sağlamlığı üçün qidalar

 

18 iyul 2018
GO BACK