İmmunitetin güclənməsinə kömək edir
D vitamini sümükləri möhkəmləndirir. D vitamini çatışmazlığı bir çox xəstəlik üçün zəmin hazırlayar.
Hər gün 20 dəqiqə günəş kifayətdir.
D vitamini qəbul etməyin əsas qaynağı günəş işığıdır və bu işıqların təsiri ilə bədəndə yaranır. Gündəlik D vitamini ehtiyacı üçün, qollar, ayaqlar və üzün 20 dəqiqə gün işığı ilə təmas etməsi kifayətdir. Gün şüasının miqdarı; insanın yaşından, rəngindən və b. səbəblərdən asılıdır. D vitamini istehsalı yaşla əlaqəli gedərək azalır.
Digər vitaminlərdən fərqli
D vitamini, digər vitaminlərdən fərqli olaraq, az sayda təbii ərzaqlarda olur. Ancaq 20%-ni ərzaqlardan ala bilərsiniz. D vitamini çatışmayan insanlar davamlı olaraq dərman və vitamin qəbul etməlidir.
Tərkibində D vitamini olan ərzaqlar
1. Balıq yağı
2. Somon balığı
3. Stridiya
4. Yumurta sarısı
5. Pendir
6. Kərə yağı
7. Qaraciyər