Qadin.NET / Zehni sağlamlığa mənfi təsir edən vərdişlər

Zehni sağlamlığa mənfi təsir edən vərdişlər

1. Kifayət qədər yatmamaq

Stresli və yorğun bir günün ardınca, beynizin və bədənizin dincəlməyə ehtiyacı var. Bunu etmənin ən yaxşı yolu isə yatmaqdır. Amma 1-2 saatlıq yuxu kifayət etməyəcəkdir. Yeni gün əlinizdən gələnin ən yaxşısını etmək üçün kifayət qədər yatmaq lazımdır. Yuxudan məhrum qalmaq, beyin hüceyrələrinə zərər vura bilir.

Zehni sağlamlığa mənfi təsir edən vərdişlər

 

2. Xəstə olduğunuz halda özünüzü işləməyə məcbur etmək.

Xəstə halda işləyərkən məhsuldar olmayacağınızı bilirsiniz. Dincəlməyə vaxt ayırın. Bədəniz yorğun olduqda, sizin dincəlməyə ehtiyacınız olduğunu göstərir. Bədənizin enerjisini toplamağa icazə verin.

Zehni sağlamlığa mənfi təsir edən vərdişlər

 

3. Səhər yeməyi yeməmək

İşə və məktəbə gedərkən səhər yeməyi yemirsiniz? Bunu mütləq dəyişdirin. Səhər yeməyi ən vacib yeməkdir. Bu vərdişdən əl çəkməsəniz, beyniniz üçün ziyanlı ola bilər.

Zehni sağlamlığa mənfi təsir edən vərdişlər

 

4. Həddindən artıq şəkər istifadəsi

Günümüzdə yediyimiz bir çox qidanın tərkibində şəkər var. Bundan xilas olmaq çox çətin olacaq. Həddindən artıq şəkər istifadəsi, diş çürüməsi, sızanaq və kökəlmə kimi problemlərə yol aça bilir. 

Zehni sağlamlığa mənfi təsir edən vərdişlər

 

5. Siqaret çəkmək

Uzun müddət siqaret çəkmək beynin dil, hafizə bölgələrinə təsir edir. Alzheimer xəstəliyinin yaranmasına zəmin hazırlayır.

Zehni sağlamlığa mənfi təsir edən vərdişlər

 

6. Alkoqol

Alkoqol qaraciyər xəstəliklərinə yol açsa da, bundan əlavə beyində problemlərə də yol açır. Bulanıq görmə, yeriməkdə çətinlik, qərar verməkdə çətinlik çəkmə kimi problemlərə yol açır.

Zehni sağlamlığa mənfi təsir edən vərdişlər

 

2 iyun 2018
GO BACK