Qadin.NET / Ürək üçün vitaminlər

Ürək üçün vitaminlər

Ürək üçün vitaminlər

 


Rutin (Pvitamini),xüsusilə də C vitamini ilə birlikdə damarların elastikliyini bərpa edir,kapilyarların keçriciliyini və kövrəkliyini azaldır.İtburnu meyvəsində,qara qarağatda ,yaşıl çayda, pivədə və üzüm şərabında rutin çoxdur.

Bir sıra tədqiqatlar göstərir ki,D vitaminin çatışmamazlığı ilə ürək-damar xəstəlikləri riski arasında əlaqə var.Məsələ ondadır ki,iltihabın ürək xəstəlikləri üçün əhəmiyyəti böyükdür. D vitamini çatışmayanda iltihab prosesi güclənir. D vitaimini sadəcə vitamin deyil həmçinin mühüm ürək-damar proseslərini nizamlayan hormonun sələfidir.

Məlum olub ki,D vitamininin konsentrasitası tövsiyə olunan 20nq/mq əvəzinə 15nq/mq olduqada infarkt,insult və digər ürək damar xəstəlikləri riskini 2 dəfə artırır.

Hər gün saat 10-15 arası 10 dəqiqə günəş şüası altında gəzmək kifayətdir ki, gündəlik dozanı qəbul edəsən.Bəzi ərzaq məhsulları  D vitamini ilə zəngin olsa da ,lazım olan dozanı qida ilə qəbul etmək mümkün deyil.Buna görə də günəşin aktivliyi aşağı olan fəsillərdə D vitaminini preparat şəklində istifadə etmək lazımdır.

B6 vitamini yaş mübadiləsi prosesində ,xolesterinin nəqlində və parçalanmasında ,B1 vitamini ürək əzələsinin yığılmasının nizamlanmasında iştrak edir.

29 iyul 2011
GO BACK