Qadin.NET / Yeni il süfrəsində 3 səhvi etməyin

Yeni il süfrəsində 3 səhvi etməyin

 

Həddindən artıq duzdan istifadə etməyin

Həddindən artıq duzlu qidalar ( çərəzlər, cipslər, popkorn) ilə duzlu içkilər qan təzyiqini artırır. Ani qan təzyiqi artması beynə qan sızma riskini artırır. Ürək-damar xəstəliyi və ya ürək çatışmazlığı kimi xəstəliklərə şərait yaradır. Yeni il süfrəsində ehtiyatınızı əldən verməyin. Yediklərinizə diqqət edin. Meyvələrə üstünlük verin.

 

Yeni il süfrəsində 3 səhvi etməyin

 

 

 

Yağlı və şirin qidalara diqqət edin

Xüsusilə, diabet xəstələrini yüksək miqdar karbohidrat qəbul etməsi, qan şəkərinin yüksəlməsinə səbəb olur. Yağlı və şəkərli qidalardan əlavə qızartmalardan da qaçın. Əti yağ əlavə etmədən, öz yağında bişirin. Meyvə yeyərkən də normadan artıq yeməyin. 

 

Yeni il süfrəsində 3 səhvi etməyin

 

 

Alkoqolun ciddi problemlərə yol açdığını unutmayın

Yeni ildə həddindən artıq içilən içkilər insanların səhhətində ciddi problemlər yaradır. İlk təsiri qan damarlarına olur. Damarlarda genişlənmə və ya qan təzyiqində aşağı düşmə müşahidə olunur. Aşağı düşən təzyiq sonradan yenidən yüksəlir. Ürək ritmi pozuntusunda artma müşahidə olunur.  

 

Yeni il süfrəsində 3 səhvi etməyin

 

 

 

23 dekabr 2018
GO BACK