Qadin.NET / Hər gün 10 min addım atın!

Hər gün 10 min addım atın!

 

Hər gün 10 min addım atın!

 

Ürəyiniz daha doğulmadan əvvəl yorulma bilmədən hər gün 100 min dəfə atan əsas orqandır. Təxminən 10 tonluq qanı beynə ötürərkən çox zaman bunun fərqində olmursunuz. Ancaq bəzən ağrı, sıxılma ilə ürəyinizdə bəzi şeylər tərs gedir. Acıbadem Ankara Xəstəxanası Kardolojiya Uzmanı yrd. Doç. Dr. Serkan Duyuler, sağlam bir ürək üçün etməli olduqlarımızı söylədi:

 

Hər gün 10 min addım atın!

 

 

Gündə 10 min addım atın!

Ürək sağlamlığına təsir edən əsas problemin hərəkətsizlik olduğunu bildirən Duyuler, "Gündə təxminən 10 min addım ataraq ürəyinizi qorumağa çalışa bilərsiniz. Hərəkət üçün bütün fürsətləri dəyərləndirmək əhəmiyyətlidir. İş yerində lift istifadə etməyin, işə gedib gələrkən bir neçə dayanacaq tez düşüb və gəzərək evə gedin. Xüsusilə gənc nəsildə sağlam ola bilməsi üçün hərəkət şərtdir. Uşaqların televizor, kompyuter, planşet qarşısında vaxt keçirmələrinin əvəzinə valideynləri ilə gəzinti və ya üzmək kimi bir məşq etmələri faydalı vaxt keçirməklə bərabər, sağlamlıqlarını da qorumuş olacaqlar" dedi.

 

Hər gün 10 min addım atın!

 

 

Sağlam bir ürək üçün:

- Daha hərəkətli olmağa çalışın

- Addım sayınızı artırın

- Yemək porsiyalarınızı kiçildin

- Nizamlı ürək müayinəsinə gedin

- Təzyiqinizi, şəkərinizi, xolestroluuzu ölçməyi ehmal etməyin.

- Ürəyinizi sevin

28 oktyabr 2018
GO BACK