Ürək xəstəlikləri ildə 17.1 milyon insanın həyatını itirməsinə səbəb olarkən, mütəxəssislər tütün istifadəsi, qeyri-sağlam qidalanma və fiziki fəaliyyətsizlik kimi risklərin qarşısını almaqla ürək xəstəliyinə bağlı ölümlərin yüzdə 80-nin qarşısının alına biləcəyini deyirlər. Ürək sağlamlığı üçün ən vacibi az yağlı qida seçmək və düzgün yağları seçməkdir. Süfrədə tərəvəz və balığa daha çox yer vermək lazımdır.
Ürək sağlamlığı üçün tövsiyyələr
- Doymuş yağlar yerinə bitki mənşəli yağlar, xüsusilə də zeytun yağından istifadə etmək, qan təzyiqini qaydasında saxlamağa kömək edir.
- Omeqa-3 yağ asitləri baxımından olduqca zəngin olan balıq və digər dəniz məhsulları, damar sərtliyinin azalmasına kömək edir.
- Taxıl məhsulları, qabıqlı quru yemişlər, ayçiçəyi və qarğıdalı yağlarının tərkibində olan omeqa 6 yağ asitləri, qandakı xolesterolu azaltmağa kömək edir.
- Süd, qatıq, pendir və bunlardan əldə edilən qidalar, kalsium baxımından zəngindir və kalsium ürək ritminin tənzimlənməsi üçün lazımlıdır.