Qadin.NET / Bahar yorğunluğuna qarşı tədbirlər

Bahar yorğunluğuna qarşı tədbirlər

Bahar yorğunluğuna qarşı tədbirlər


Bahar yorğunluğu deyilən hal yaz ayının ilk günlərində başlanır və bir çox insanları narahat edir.

Türk doktoru Esra Kurtuluş bahar yorğunluğunun azaldılmasının bir neçə yolunu qeyd etmişdir.

1.Gün ərzində bol-bol yaşıl bitkiləri olan salatlar yeyilməlidir, qatı yağlar deyil,zeytun yağından istifadə olunmalıdır.

2.Bədənə günlük mayenin alınmasını artırmaq məsləhət görülür.Vücud lazım olan su ehtiyatını almadıqda halsızlıq,diqqətsizlik hallarına səbəb olur.
Ona görə də baharın ilk günlərində kafeini çox olan,məsələn çay və qəhvə içilməsini azaltmaq lazımdır.Onların yerinə su,ayran və təzə sıxılmış meyvə suları məsləhət görülür.

3.Yazın ilk günlərində axşamdan sonra yuxusuzluq halları baş verirsə,yatmazdan qabaq ilıq süd,razyana və ya çobanyastığı çayları kimi sakitləşdirici içkiləri içməyin faydası vardır.

Eləcə də baxa bilərsiniz:


Suyun faydaları


Nə qədər su içilməlidir?

19 mart 2010
GO BACK