Qadin.NET / Suyu necə içməliyik?

Suyu necə içməliyik?

Suyu necə içməliyik?

Həyatın mənbəyi su yüz illər boyunca insanlar üçün çox böyük bir dəyərə sahibdir. Amma insanların çoxu hələ lazımi miqdarda su içmirlər, hətta yalnış bir şəkildə su içirlər. Çinlilər, 40 yaşından sonra otaq istiliyindən soyuq olan heç bir şeyin bədənə alınmaması lazım olduğuna inanırlar. Çünki bədən qocaldıqca yorulur və ona yük gətirəcək şeylərdən uzaq dayanmaq lazımdır.

Fikirləşin, yağlı bir tavanı soyuq su ilə yusanız, yağlar axarmı? Təmizlənərmi? Əlbətdə ki, təmizlənməz. Yağlar donar və tavaya daha yaxşı yapışar. Amma eyni tavanı isti suda yusanız, yağı axar. Bədənimiz də yediyimiz qidalardan qaynaqlanan yağları yığır. Amma çox yağı atması lazımdır. Əgər soyuq su içsəniz, bu yağlar bədəninizdə, xüsusilə də, bağırsaqlarda donar. Başda qəbizlik olmaq ilə bir çox xəstəliklər yaşayarsınız. Otaq istiliyində ilıq su sistemimizi təmizləmədə daha təsirlidir.

Suyu necə içməliyik?

Niyə ilıq su içməliyik?

1. Otaq istiliyindəki su iç orqanlarımızı genişlədir. Çox daha dərin və rahat nəfəs almağımızı təmin edir.

2. Qan dövranında artıma səbəb olur. Bədənimizdə oksigen, qida daha yaxşı yayılır. Orqanlarımız daha yaxşı işləyir. Daha gümrah, sağlam və rahat olursunuz.

3. Otaq istiliyində suyun ən böyük faydası mədədir. Mədə turşusunun təsirlərini azaldır və reflü simptomlarını rahatladır. Qidaların həzmini artıraraq həzm sisteminə kömək edir.

4. İlıq su qəbizlik problemini də aradan qaldırır.

5. Yeməklərdən yarım saat əvvəl içilən isti su iştahı azaldır və çəki verməyi azaldır.  

Suyu necə içməliyik?

Su içərkən nələrə diqqət etməliyik?

1. Yuxu sırasında su içməmək lazımdır. Çünki sinirlərə zərər verir və qarında çox su yıxılmasına səbəb olur.

2. Meyvə yedikdən sonra su içməməliyik. Mədəmizdə turşu miqdarının artmasına səbəb olur.

3. Yemək yedikdən sonra yediklərimiz mədə altında yığılmaması üçün yeməkdən sonra o saat su içməməliyik.

4. Şirniyat yedikdən sonra içilən su şəkərin yüksəlməsinə səbəb olur. 

5. İdmandan sonra içilən su dalaq və qaraciyər böyüməsinə səbəb olur.

6. Acılı və ədviyyatlı yeməklərdən sonra içilən su reflü və qastridə səbəb ola bilər.

17 iyun 2017
GO BACK