Qadin.NET / Sümüklərinizin sağlamlığını qoruyun

Sümüklərinizin sağlamlığını qoruyun

 

Sümüklərinizin sağlamlığını qoruyun

Sümüklərimizin güclü və sağlam qala bilməsi bütün bədən sağlamlığı üçün çox vacibdir. Kalsium, D vitamini, protein kimi qida maddələri xaricində insanın yaşama tərzi də sümüklərin inkişafı üçün böyük mahiyyət daşıyır. Liv Hospital Ulus Fizik Müalicə və Rehabilitasiya mütəxəssisi həkim Hilal Yıldız, sümük sağlamlığını qorumağın yollarını anlatdı:

 

Sümüklərinizin sağlamlığını qoruyun

- Həftədə 3 dəfə nizamlı gəzin və yüngül ağırlıqlarla məşq edin. Əzələ skelet sisteminin uzun müddət sağlam qalması baxımından şərtdir.

- Artıq çəki almayın. Çəki hər mövzuda problem yarada biləcəyi kimi əzələ-skelet sisteminə də zərər verir. Oynaqların üzərinə düşən yük nə qədər az olsa oynaqda o qədər uzun ömürlü olur.

- Siqaretdən uzaq dayanın. Siqaret qığırdaq toxumasının qidalanmasızı pozur, qığırdaq problemi yaradır.

- Ayaq sağlamlığınıza diqqət edin və sağlam ayaqqabıları tərcih edin. Əzələ-skelet sisteminin ən ehmal edilən bölgəsi ayaqlardı. Əslində ayaq sağlamlığına böyük əhəmiyyət vermək lazımdı. Çünki bədəni ayaqlarımız daşıyır və yaşam keyfiyyətinə bir başa olaraq təsir edir.

- D vitamini üçün hər gün lazımı qədər günəşdən faydalanın. Bu hər gün ən az 15 dəqiqə mənasına gəlir. Lazımı qədər C vitamini alın. D və C vitamini sümük və oynaqların uzun ömürlü  olması üçün vacib vitaminlərdir. Xüsusilə də, D vitamini çatışmazlığına sümüklərin dözümü yoxdur.

- Lazımı miqdarda qatıq və pendir yeyin. Xüsusilə, uşaqlıq dövründən etibarən hətta ömür boyu qatıq və pendir yeyin. Bu əzələ və sümük sağlamlığı üçün vacibidr.

- 45 yaşından sonra həddindən artıq idman etməkdən uzaq dayanın. Xüsusilə, sümük əzilmələrinin bir çoxu orta yaş sonrası edilən, özünü artıq çətinə salma ilə əlaqəli olur. 

 

 

16 may 2017
GO BACK