Tapmacalar həll edin
Kompyuter ya da qəzetlərdəki tapmacaları həll edin. Tapmaca həll edərək sadəcə bildiklərinizi təzələməklə qalmayıb, eyni zanda köhnə məlumatlarınızı xatırlamağa çalışarkən beyninizdəki sinapslar da yenidən aktivləşəcək.
Yuxunuza diqqət edin
Rahat yata bilmədiyiniz gecələrdən sonrakı gün işlərə diqqətinizi cəmləməkdə nə yazıq ki, çətinlik çəkirsiniz. Çünki yuxu və yaddaş bir-birilə əlaqəlidir. Öyrənmək və diqqət cəmləmək üçün ehtiyacınız olan yuxunu almağınız lazımdır. Ayrıca siz yatarkən beyniniz, yeni öyrəndiyiniz məlumatları qavramağa kömək edir.
Tərəvəz və meyvə yeyin
Tərəvəz və meyvə, yaddaşı qüvvətləndir və zehin sağlamlığını gücləndirir. Xüsusilə, meyvələr alzheimer xəstəliyinə qarşı savaşmağınıza kömək edir. Brokoli və ispanaq kimi yaşıl tərəvəzlər, yaddaş geriliməsəni yavaşladarkən, avakado isə beyinə qan axışını tezləşdirir.
Açıq havada gəzin
Araşdırmalara görə hər gün 40 dəqiqə gəzmək ya da qaçmağın beyin sağlamlığında təsiri olduğunu göstərir.
Qəhvə için
Siz də günə qəhvə içmədən başlaya bilməyənlərdənsinizsə, şanslısınız. Çünki qəhvə istifadəsi, uzun müddətli yaddaşa sahib olmaq üçün pozitiv təsir yaradır.
Vitamin dəstəyi alın
Yaddaş gücləndirici vitaminlərdən dəstək alın. Vitamin dəstəyi almaq, iləridəki illərdə yaşaya biləcəyiniz unutqanlığın qarşısını almağa kömək edəcəkdir.
Gülməyi yaddan çıxartmayın
Araşdırmalara görə, gülməyin yetkinlərdə qısa müddətli də olsa yaddaşı qüvvətləndirdiyi görülmüşdür. Siz də üzünüzdən gülümsəməyi əksik etməyərək yaddaşınızın qüvvətlənməsinə kömək edin.