İnsanlarda lazımlı qədər D vitamini olmamasının müxtəlif səbəbləri vardır. Normalda, dəri günəş işığına məruz qaldığında bədən üçün lazımlı D vitamini istehsal olunur. Qocaldıqca, dəriniz D vitamini əvvəlki kimi istehsal etmir. D vitamini, sümük hüceyrələrinin kalsium almalarına kömək edərək sümük sıxlığını artırmaq üçün istifadə edilir.
Osteoporoz riski
D vitamini çatışmazlığı olduğunda osteoporozun inkişaf riski yüksəlir. Osteoporoz, sümüklərin kövrək olmasına və bədəndə sümük itkisinə səbəb olur.
Zəifləmiz immunitet sistemi
D vitamini bədənin T hüceyrələrini inkişaf etdirir. Bunlar bədəni istila edən, xəstəliklərə və infeksiyalara səbəb olan mikrobları axtaran və yox edən hüceyrələrdir. D vitamini çatışmazlığı T hüceyrələrini zəiflədir.
Diabet
D vitamini çatışmazlığı, 2 tip diabet inkişaf etdirmə riskini yüzdə 80 nisbətində artıra bilir. Araşdırmaçılar, D vitamininin insulin sekresyonu və qlükozanın, enerjiyə çevrilməsinədə köməkçi olduğunu aydınlaşdırdılar. d vitamini səviyyələri insulin müqavimətini artıra bilir və bədəndəki qlükoza maddələr mübadiləsini zəiflədə bilir.
Ürək-Damar xərtəlikləri
D vitamini çatışmazlığı, konjestif ürək çatmazlığı, yüksək təzyiq, infarkt xəstəliklərin yaşanma riskini artırır. D vitamini, bədəndəki iltihablanmanı azaltmağa köməklik göstərir.