Qadin.NET / 1 siqaret həyatınızdan 12 dəqiqə alır

1 siqaret həyatınızdan 12 dəqiqə alır

 

 

Hər siqaretin tərkibində sağlamlığa zərərli və insanı zəhərləyən minlərcə kimyəvi maddələr var. Bu kimyəvi maddələrin 81 dənəsinin xərçəngə səbəb olduğu açıqlanmışdır. Sağlam bir yaşam üçün siqaretə heç başlamamaq lazım olsa da, siqareti atmaqla yenidən daha sağlam olmaq üçün böyük mahiyyət daşıyır. Siqaret çəkən insanların  sağlamlıq problemləri, siqareti atdıqları gündən etibarən düzəlməyə başlayır. 

 

 Siqareti atın ömrünüz uzansın

Siqaret çəkən insalrarın haradasa hamısı siqaretin zərərlərinin fərqində olsalar da yenə çəkməyə davam edirlər. Bunun səbəbi insanları davamlı siqaret çəkməyə məcbur edən və çox güclü bağlılıq yaradan nikotin adlı maddədir. Nikotin, çox güclü bir psixoloji xəbərdarlıq edicidir və eroin, kokain və siprtdən daha güclü bağlılıq yaradır. Nikotin beynə çatdığında bəzi hormonların ifraz olunmasına səbəb olaraq zövq alma, rahatlama, sakitləşmə və konsentrasiya artımına səbəb olmaqdadır. Ancaq zamanla bu dəyişikliklərin davam edə bilməsi üçün bədən daha çox nikotin tələb edir. Beləliklə çəkilən siqaretin miqdarı artar. Çəkilən hər siqaret insan həyatıdan 12 dəqiqə alır. Siqaret çəkənlərdə 15-20 qat daha çox xərçəng görülməkdədir. Siqaret sadəcə xərçəngə səbəb olmur. Ürək tutması, beyin damarları xəstəlikləri, iflic və ayaq qanqrenası riski daha çoxdur. Siqaret çəkən qadınlarda erkən doğum, qısırlığa səbəb olur. 

 

 

1 siqaret həyatınızdan 12 dəqiqə alır


 

Siqaret çəkmək istəyi gələndə yürüşə çıxıb musiqi dinləyə bilərsiniz

Bir neçə təcrübə ilə siqareti atmaq iradəsizlik deyil, siqaretin çox güclü bağlılıq yaradıcı xüsusiyyətidir. Xüsusilə, siqareti atdıqdan sonrakı ilk 3 həftə içində çətinlik çəkilməsi normaldır. Siqaret atmağa çalışan insan özünü günahlandırmadan mübarizə aparmalıdır. Siqareti atdıqdan sonra yaşana bilinəcək sıxıntılar:

Əsəbilik, narahatlıq, diqqət dağınıqlığı, yuxusuzluq, qəbizlik, iştah artımı.

 

Siqareti atmanın sağlamlıq üzərindəki təsirləri:

Nəbiz, qan təzyiqi və bədən istiliyi 20 dəqiqədə normalaşar. 

Karbonmonoksit qazı 24 saata tez bir şəkildə azalır.

Siqareti atdıqdan sonrakı 2 həftə-3 aylıq müddətdə; öskürək və bəlğəm azalır, tənəffüs yolu rahatlayır, qoxu və dad alma duyğuları yaxşılaşır, imunitet sistemi güçlənməyə başlayır, diş və barmaqdakı sarı ləkələr yox olur.

Bir ildə ürək tutması riski 50% azalır, beyin qanaması və ayaqdakı damar xəstəlikləri riski 30-50% azalır.

Beş ildə ağız, qıtlaq, qida borusu xərçəngi riski yarı yarıya azalır

15 ildə ürək koronar xəstəliyi və infarkt riski heç siqaret çəkməyənlərlə eyni olur. 

 

 

 

 

4 aprel 2017
GO BACK