Qadin.NET / Göz sağlamlığınız üçün incə məqamlar

Göz sağlamlığınız üçün incə məqamlar

Göz sağlamlığınız üçün incə məqamlar

Göz sağlamlığı bütün həyat keyfiyyətinə təsir edir və son dərəcə vacib bir orqandır. Amma gözlərimizlə bağlı nə qədər məlumata sahibsiniz? Göz sağlamlığımız üçün nələrə diqqət edirik? Gələcəyə təsir edə bilən göz xəstəliklərində müalicəyə erkən başlamaq lazımdır. Liv Hospital Göz xəstəlikləri mütəxəsisi professoru həkim Tuğrull Altan dünyaya daha gözəl gözlərlə baxmağın incə məqamlarını bildirdi:

Göz sağlamlığınız üçün incə məqamlar

- "Mən uzağıda, yaxınıda yaxşı görürəm" deyərək müayinədən qaçmayın. Hər zaman daha yaxşısı mümkündür. 

- Gözlərinizi gur işıqdan qoruyun. İstər gözəl bir çimərliyin qumlarında, istər həyəcanlı bir xizək tətilində ya da bir az sonra yeyəcəyiniz ləzzətli əti xəyal edərək yandırdığınız manqalın başında olun mütləq uyğun bir günəş eynəyi ilə həddinnən artıq UV və infraqırmızı şüalardan qorunun.

- Ailənizdə göz təzyiqi və ya sarıbəbək xəstəliyi olanlar 40 yaşından sonra illik nizamlı olaraq müayinəyə getməlidir. Sadəcə gözümüzün rəngi deyil, xəstəliklərimizin də genetik olaraq ötürülür. 

- "Amanda nə gözəl iri-iri gözləri var bu körpənin" deyərkən diqqətli olun. Yeni doğulan və körpəlik dövründə normaldan böyük gözlər anadangəlmə göz təzyiqinin yüksəkliyinin əlaməti ola bilər.

 

 

Göz sağlamlığınız üçün incə məqamlar

- Nə qədər cavan yaşda müayinə olsanız, o dəqər yaxşıdır. Göz xəstəliyinə uşaq yaşındaykən müalicə olunarsa, ilərləyən zamanda qalıcı görmə problemi riski azalır. 7 yaşından sonra çox gec qalmış ola bilərsiniz.

- Uşaqlar, gənclər istər inanın istər inanmayın bundan 15 il əvvəl planşetlər yox idi. Uzun müddət yaxına baxma minopiya riskini artırdığını unutmayın.

- Hər yaşın ayrı bir gözəlliyi var. Yaşınız 45-i keçib, amma ürəyiniz hələ 18-də. Qarşınızdakı kağızları gedərək daha uzaqdan oxuyursunuz, az işıqda heç oxuya bilmirsiniz. "Mənim yaxınla heç bir problemim yoxdu" deyib gözlərinizə əziyyət etməyin. Yaxını görmə eynəyi istifadə edin. 

- Gözünüz nadirdir, lazımsız risk almayın, tədbir alın! Özünüzü və uşaqlarınızı yaralanmalara qarşı qoruyun. Evdə, məktəbdə və ya əyləncəli bir fəaliyyətdə, əvvəlcə gözləriniz.

- Gözlərinizi qurutmayın. Quru göz artıq yalnızca orta yaş qrupunun şikayəti deyil.

- Kondisioner və həddinnən artıq kompyuter istifadəsi gənclərdə də quruluğa səbəb ola bilir.

1 aprel 2017
GO BACK